Şriftin ölçüsü :

Saytın rəngi :

Tarixi

Qaradağ rayonu inzibati ərazi vahidi kimi Puta-Şubanı mədəninin kəşfi ilə əlaqədar yaradılmışdır. 1923-cu ilin mayın 7-də Puta qəsəbəsindəki klubda ilk partiya konfransı kecirilmiş və rayonun əsası qoyulmuşdur. Rayon 1937-ci ilədək Mikoyan rayonu, 1956-cı ilədək Molotov rayonu, 1956-63-cu illərdə Qaradağ rayonu, 1963-66-cı illərdə Əzizbəyov rayonu, 1966-cı ildən isə yenidən Qaradağ rayonu adlandırılmışdır. Rayonun adı Zaqafqaziyada ilk dəmiryol stansiyalarından olan Qaradağ stansiyasının adı ilə bağlıdır. Hazırda Qaradağ rayonunun inzibati ərazi vahidliyinə 11 qəsəbə daxildir. Qaradağ rayonunun mərkəzi şəhərtipli Lokbatan qəsəbəsidir. Lokbatan adının tarixi hazırki Xocəsən və Sənqəcal qəsəbələri arasında olan karvan yolu ilə bağlıdır. Vaxtı ilə qəsəbənin ərazində dəvə karvanlarının dayanacaqları olmuş və dəvələr bataqlıqlara batdıqlarından ərazi Lokbatan (dəvə batan) adlandırılmışdır. Lokbatan qəsəbəsinin əsası 1931-1934-ci illərdə ərazidə 45 saylı neft quyusunun fontanı (18 may 1933-cu il) ilə əlaqədar qoyulub. Həmin dovrdə qəsəbənin indiki S.Orucov kucəsində qamış tipli evlərdən ibarət olan ilk yaşayış massivi salınmışdır. Lokbatan qəsəbə inzibati ərazi vahidliyi kimi 1935-ci ildə təşkil olunmuşdur. Rayonun ikinci boyuk şəhərtipli qəsəbəsi Sahil qəsəbəsidir.

Qəsəbənin yaranma tarixi 1949-cu ildə Qaradağ Sement zavodunun tikintisi ilə bağlıdır. Belə ki, həmin dovrdə Keşlə qəsəbəsində yerləşən Sement zavodunun Bakı şəhərinin mərkəzindən Qaradağ Dəmir Yolu stansiyasının yaxınlığına kocurulməsi qərara alınmışdır. Zavodun tikintisi və gələcək fəaliyyəti ilə əlaqədar dənizin kənarında ilk yaşayış evləri tikilmiş, 1951-ci ildə zavodun I və II texnoloji xəttləri işə salınmış və 1952-ci ildə Sahil qəsəbəsi inzibati ərazi vahidliyi kimi təşkil olunmuşdur. Puta qəsəbəsinin yaranma tarixi 1910-1920-cu illərə təsaduf edir, qəsəbənin salınması onun ərazisində zəngin neft yataqlarının olması və neft quyularında işləmək ucun bu əraziyə gələn insanların məskunlaşması ilə bağlıdır. Toponim kimi adı buta mənasını daşıyan Puta qəsəbəsi 1922-1923-cu illərdə sənaye mərkəzi olmuşdur. 1923-cu ilin mayın 7-də Puta qəsəbəsində kecirilən ilk partiya yığıncağında Qaradağ rayonunun əsası qoyulmuşdur. Puta qəsəbəsi inzibati ərazi vahidliyi kimi 1935-ci ildə təşkil olunmuşdur. Ehtimallara gorə qədim quş (Kərgəz) və ya qadın (Gulgəz) adı mənasını daşıyan Korgoz qəsəbəsinin indiki ərazisində neftin cıxarılması və neft buruqlarının salınması ilə əlaqədar 1932-33-cu illərdə burada neftcilər məskunlaşmış və o vaxt yaradılan Azərbaycan Neft Sənaye İdarəsinin (Azneftsənaye) qısaldılmış adı ilə bağlı həmin yaşayış massivi AZNS adlandırılmışdır. 2000-ci ilə qədər Korgoz və AZNS yaşayış məntəqələri Qızıldaş qəsəbəsinin tərkibində olmuş və 2000-ci ildə Korgoz qəsəbə inzibati-ərazi vahidliyi təşkil olunmuşdur.

Qızıldaş qəsəbəsinin bunovrəsi 1945-46-cı illərdə qoyulmuş və qəsəbə əvvəllər yaxınlıqda olan təpənin zirvəsindən cıxan qırmızı qum və kərpiclə əlaqədar Qızıltəpə adlandırılmışdır. 1948-ci ildən qəsəbənin ətrafında neftin cıxarılması ilə bağlı respublikanın muxtəlif yerlərindən bura insanlar kocmuş, qəsəbəyə Yeni Trest (Neft İdarəsi) adı verilmiş və 1954-cu ildə qəsəbə inzibati ərazi vahidliyi yardılmışdır. 1973-cu ildə qəsəbənin adı ərazidən cıxan mişar daşı ilə bağlı Qızıldaş adlandırılmışdır. Umid qəsəbəsinin əsası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbusu ilə qacqın və məcburi kockunlər ucun 1999-cu ildə tikilmiş 110 fərdi yaşayış evinin istifadəyə verilməsi ilə qoyulmuş və 2000-ci ildə qəsəbə inzibati ərazi vahidliyi kimi təşkil olunmuşdur. Toponim kimi ağ daş mənasını daşıyan Səngəcal qəsəbəsinin ərazisində 1936-37-ci illərdə dəmir yolu stansiyası fəaliyyət gostərmiş və dəmiryolcular ucun barak tipli ilk yaşayış evləri salınmışdır. 1940-ci ilədək burada kicik balıqcılar zavodu olmuş və yerli sakinlərin əksəriyyəti burada işləmişlər. 1940-cı illərin ikinci yarısından etibarən Səngəcal qəsəbəsinin ərazisində hərbi əsirlər ucun yeni barak tipli evlər tikilmiş, iki hərbi hissə yaradılmış və hərbi şəhərcik salınmışdır. 1956-cı illədək Səngəcal qəsəbəsi Duvannı rayonunun tərkibində olmuş, 1956-ci ildə Molotov (Qaradağ) rayonunun tərkibinə verilmiş və 1968-ci ildə qəsəbə inzibati vahidliyi kimi təşkil olunmuşdur. Yaxınlıqda yerləşən dağın adını daşıyan Ceyildağ və ya balaca Bakı mənasını verən Umbakı qəsəbəsi 1947-1950-ci illərdən bu ərazidə neft yataqlarının istismarı ilə əlaqədar əhalinin məskunlaşması ilə bağlı yaradılmış və 1951-ci ildə qəsəbə inzibati ərazi vahidliyi kimi təşkil olunmuşdur. Toponim kimi cokəklik mənası daşıyan Qobustan qəsəbəsinin indiki ərazisində 1893-1894-cu illərdə Duvannı stansiyası yaranmış, 1901-1905-ci illərdə ilk dəfə həmin stansiyasından xaricə neft yollanılmış və 1935-1937-ci illərdə ilk kəşfiyyat neft buruğu işə salınmışdır.

1945-1949-cu illərdə Duvannı Hacıqabul rayonunun tərkibində olmuş, 1950-1954-cu illərdə tərkibində Sənqəcal, Ceyildağ, Ələt, Atbulaq qəsəbələri olmaqla Duvannı rayonu yaradılmış və 1956-cı ildə həmin ərazilər yenidən Molotov (Qaradağ) rayonunun tərkibinə verilmişdir. Qəsəbə inzibati ərazi vahidliyi kimi 1951-ci ildə təşkil olunmuş və 1972-ci ildə qədim tayfa adınıdan goturulən qəsəbənin Duvannı adı dəyişdirilərək Qobustan qoyulmuşdur. Qobustan qəsəbəsinin ərazisində eramızdan əvvəl II minillikdə - “Daşdovrundə” məskunlaşan qədim insanların qayaustu rəsmlərini əks etdirən dunya əhəmiyyətli Dovlət Tarixi Bədii Qoruğu yerləşir. Toponim kimi dənizdən gorunən yer mənasını daşıyan Ələt qəsəbəsinin ərazisində XIX əsrin 40-50-ci illərində bir necə balıqcı evi olmuş, yaxın rayonların dağ kəndlərinin əhalisi heyvanların qışlaması ucun qəsəbənin ərazisindən istifadə etmiş və tədricən orada məskunlaşmışlar. 1881-1884-cu illərdə tikilən Bakı-Tiflis və 1921-1924-cu illərdə tikilən Bakı-İrəvan dəmir yolları Ələt qəsəbəsinin ərazisindən kecir. Ələt qəsəbəsi inzibati ərazi vahidliyi kimi 1935-ci ildə təşkil olunmuş, qəsəbənin ərazisində Bakı-Ələt və Yeni Ələt dəmir yol stansiyaları tikilmiş və balıq vətəgələrinə balıqla yuklənən gəmilərin yan aldığı Ələt-Pristan (Sahil) yaşayış məntəqəsi salınmışdır. Ələt qəsəbəsi 1956-cı ilə qədər Hacıqabul rayonunun tərkibində olmuş, 1956-cı ildən isə Molotov (Qaradağ) rayonunun tərkibindədir. Muşfiqabad qəsəbəsi Yeni Baki Broyler fabrikinin tikintisi ilə əlaqədar 1980-cı illərdə salınmışıdr. 1984-cu ildə qəsəbədə fabrikin ilk iki yataqxanası istifadəyə verilmiş, 1985-1987-ci illərdə yeni doqquzmərtəbəli yaşayış binaları tikilmiş və 1988-ci ildə qəsəbə inzibati ərazi vahidliyi kimi təşkil olunaraq xalq şairi Mikayıl Muşfiqin şərəfinə adlandırılmışdır.

Keçidlər