Şriftin ölçüsü :

Saytın rəngi :

Millət Vəkilləri

Hüseynov Aydın Nəsir oğlu -  Milli Məclisin üzvü

Hüseynov Aydın Nəsir oğlu 1962-ci il fevralın 2-də Tovuz rayonu Çatax kəndində anadan olmuşdur. 
1979 - 1984-cü illərdə Azərbaycan Dövlət Universiteti mexanika-riyaziyyat ixtisası üzrə təhsil almışdır. 1990 - 1996-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə ixtisası üzrə təhsil almışdır. 
Əmək fəaliyyətinə 1985 - 1988-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Neft Kimya Prosesləri İnstitutunda baş laborant kimi başlamışdır.  1988 - 1991-ci illərdə Azərbaycan Gənclər İttifaqı Qaradağ rayon Komitəsi (LKGİ) Komsomol komitə katibi, təlimatçı, təşkilat şöbəsinin müdiri, 1991 - 1994-cü illərdə Səhmdar Kommersiya Əmanət Bankı Qaradağ rayon şöbəsinin müdir müavini, 1994 – 1996-cı illərdə Səhmdar Kommersiya Əmanət Bankı Bakı şəhər idarəsinin kreditləşmə şöbəsinin rəis müavini, 1996-1997-cü illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin aparatında baş iqtisadçı, 1997 - 1999-cu illərdə Qaradağ rayon Maliyyə İdarəsinin rəisi, 1999 - 2000-ci illərdə Sumqayıt şəhər Maliyyə İdarəsinin rəisi, 2000 - 2009-cu illərdə Səbail rayon Maliyyə İdarəsinin rəisi, 2009 - 2013-cü illərdə Maliyyə Nazirliyi 7 saylı Xəzinədarlıq İdarəsinin rəisi, 2013-cü ildən Səbail rayon Maliyyə idarəsinin rəisi vəzifəsində çalışır. YAP Qaradağ rayon təşkilatının sədridir. 
Ailəlidir iki övladı var.

 

Xasayeva Səbinə Səməd qızı  -  Milli Məclisin üzvü

 

 

Səbinə Xasayeva 30 mart 1993-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və regionşünaslıq bölməsindən məzun olub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İdarəetmədə informasiya sistemləri ixtisası üzrə magistr dərəcəsi alıb. İngilis və norveç dillərini bilir. Evlidir, 2 övladı var. Səbinə Xasayeva 2014 və 2019-cu illərdə baş tutan bələdiyyə seçimlərində 12 saylı Qaradağ–Binəqədi–Yasamal dairəsindən Lökbatan bələdiyyəsinin üzvü seçilmişdir. 2015–2019-cu illərdə Lökbatan bələdiyyəsi sədrinin müavini vəzifəsində çalışmışdır.
Yeni Azərbaycan Partiyasının üzvüdür. YAP Gənclər Birliyi İdarə Heyətinin üzvüdür.
2020-ci il fevralın 9-da baş tutan parlament seçimlərində Səbinə Xasayeva 12 saylı Qaradağ–Binəqədi–Yasamal dairəsindən Yeni Azərbaycan Partiyasının vahid namizədi olaraq göstərilmişdir. Nəticələrə əsasən Səbinə Xasayeva 48,70% səslə Milli Məclisin deputatı seçilmişdir. Milli Məclisin Regional məsələlər Komitəsinin, Gənclər və idman Komitəsinin üzvüdür. Həmçinin Azərbaycan–Estoniya, Azərbaycan–Lüksemburq, Azərbaycan–Norveç, Azərbaycan–Rumıniya, Azərbaycan–Tailand, Azərbaycan–Uruqvay, Azərbaycan–Paraqvay, Azərbaycan–Kamboca və Azərbaycan–Kamerun parlamentləri ilə əlaqələr üzrə qruplarının da üzvüdür.
Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilib.
2024-cü il oktyabrın 8-də Azərbaycan–Norveç parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.

 

Şükürov Zaur Ramiz oğlu - Milli Məclisin üzvü

Zaur Şükürov 1971-ci il dekabrın 10-da anadan olub. 1989-2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetini və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirmişdir. 2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinin VII çağırış deputatlarının seçilməsi üçün keçirilən növbədənkənar parlament seçkilərində 44,5 % səslə 47 saylı Sumqayıt-Abşeron-Qaradağ Seçki Dairəsindən seçilmiş deputatdır. Azərbaycanın Cənubi Afrika Respublikasındakı səfirliyinin Müvəqqəti işlər vəkili, diplomatik missiyanın rəhbəridir. 25 ilə yaxın diplomatik xidmətdə fəaliyyət göstərib. Bu dövr ərzində Azərbaycan Xarici İşlər Nazirliyinin mərkəzi aparatında müxtəlif vəzifələrdə şöbə müdiri, idarə rəisinin müavini, idarə rəisi, nazirin köməkçisi kimi postlarda çalışıb.Z.Şükürov 2000-ci ilin yanvar ayından Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi sistemində fəaliyyətə başlamışdır. 2000-2017-ci illərdə Xarici İşlər Naziri Katibliyinin rəisi nazirin köməkçisi, Nazirliyin Ümumi katibliyinin rəis müavini, rəisi, 2-ci Avropa darəsində şöbə müdiri, 1-ci Avropa idarəsində rəis müavini vəzifələrində çalışmışdır. Eyni zamanda, Azərbaycanın Polşa Belarus, Macarıstandakı,səfirliklərində müşavir (missiya rəhbərinin müavini) olub.

Keçidlər