Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi Şəhidlərimiz

 

Şəhid Musaoğlu  Ataməli Seyidməmməd oğlu
05.03.1995-16.10.2020

  
   Azərbaycan Silahlı Qüvvələrinin Baş Kəşfiyyatçısı olan Ataməli Musaoğlu 2020-ci il oktyabrın 16-da Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdərənin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ataməli Musaoğlu oktyabrın 16-da Ağdərə döyüşləri zamanı şəhid olub. Lökbatan rayonunda şəhidlər xiyabanında dəfn olunub.
    Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Ataməli Musaoğlu "Vətən Uğrunda", Suqovuşanın azad edilməsinə görə və Cəsur Döyüşçü medalı ilə təltif edilib.

 

Şəhid Məstəliyev Nurəddin Hasil oğlu
13.02.2000-27.09.2020


   Nurəddin Məstəliyev 2000-ci il fevralın 13-də Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində dünyaya göz açmışdır. Əslən Yardımlı rayonunun Ökü kəndindəndir. İbtidai təhsilinə 2007-ci ildə Azər Namazov adına 180 saylı orta məktəbdə başlamışdır. Nurəddin 2019-cu il iyul ayında hərbi xidmətə yollanıb. 2020-ci ilin sentyabr ayına qədər Dövlət Sərhəd Xidmətində hərbi xidmət keçib. Peşəkar idmançı olduğu üçün kəşfiyyat bölüyünə qoşulub.
   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Rövşən Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı, "Füzulinin azad olunmasına görə" medalı və"Xocavəndin azad olunmasına görə" medalları   ilə təltif edildi.

 

Şəhid Əliyev Rövşən İbrahim oğlu
02.10.1971-28.09.2020


   Rövşən Əliyev 1992-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Tank və Artilleriya bölmələrinin heyətində tank mexaniki vəzifəsində çalışırdı.
   Azərbaycan Ordusunun ehtiyatda olan əsgəri Rövşən Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli istiqamətlərində gedən döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin tanklarının saz vəziyyətə gətirilməsində xidməti olan bölmələrin heyətində yer alıb. Rövşən Əliyev sentyabrın 28-də Füzuli rayonu ərazisində şəhid olub. Qaradağ rayonunda dəfn olunub.
   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rövşən Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
     


Şəhid İbadov Rafiq Baloğlan oğlu
14.08.1965-29.09.2020

    Rafiq İbadov uzun illər Azərbaycan Silahlı Qüvvələrinin Tank və Artilleriya bölmələrinin heyətində tank mexaniki vəzifəsində çalışırdı.
   Azərbaycan Ordusunun ehtiyatda olan əsgəri Rafiq İbadov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Tərtər-Suqovuşan-Talış istiqamətlərində gedən döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin tanklarının saz vəziyyətə gətirilməsində xidməti olan bölmələrin heyətində yer alıb. Rafiq İbadov sentyabrın 29-da Tərtər rayonu ərazisində şəhid olub.
   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rafiq İbadov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

 

Şəhid Məmmədquliyev Ağabəy Zaur oğlu
15.06.2001-28.09.2020

   Ağabəy Məmmədquliyev 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. Xidmətinin müharibəyəqədərki son günləri Mingəçevirdə yerləşən "N" saylı hərbi hissədə xidmət edirdi.
   Azərbaycan Ordusunun əsgəri olan Ağabəy Məmmədquliyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ağabəy Məmmədquliyev 27 sentyabr 2020-ci ildə Tərtər rayonunun Talış kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.
   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Ağabəy Məmmədquliyev ölümündən sonra "Vətən uğrunda" medalı,  "Suqovuşanın azad olunmasına görə" medalı  və "Cəsur döyüşçü" medalları ilə təltif edildi.

 

Şəhid Abbasov İntiqam Yavər oğlu
21.09.1978-29.09.2020


   Azərbaycan Ordusunun baş giziri olan İntiqam Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İntiqam Abbasov sentyabrın 29-da Füzuli döyüşləri zamanı şəhid olub. Masallı rayonunun Köcəkli kəndində dəfn olunub.
   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən İntiqam Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı, "Füzulinin azad olunmasına görə" medalı və "Hərbi xidmətlərə görə" medalları ilə  ilə təltif edildi.

 

Şəhid Abdullayev Rəşad Arif oğlu
14.09.1988-29.09.2020

   Rəşad Abdullayev 1988-ci il sentyabrın 14-də Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olub. Ailəlidir.
   Rəşad Abdullayev 2010-cu ildə ali hərbi məktəbi "motoatıcı" ixtisası üzrə bitirdikdən sonra Müdafiə Nazirliyinin həmin ilin 23 iyun tarixli Sərəncamına əsasən "leytenant" rütbəsi ilə hərbi vəzifəsinə başlamışdır. Daha sonra Təlim və Tədris Mərkəzinin zabit ixtisası kursuna dinləyici olaraq göndərilmiş, burada da təhsilini tamamladıqdan sonra Azərbaycan Respublikası Müdafiə nazirinin əmrinə əsasən 24.06.2010-cu il tarixindən 12.12.2011-ci ilədək Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində Motoatıcı Taborun Tankəleyhinə Tağım Komandiri vəzifəsində xidmət etmişdir. 12 dekabr 2011-ci ildə XTQ kursu keçmək üçün "N" saylı hərbi hissəsinə ezam olmuşdur. Kurs bitdikdən sonra Azərbaycan Respublikası Müdafiə nazirinin 08 iyul 2012-ci tarixli əmri ilə “N” saylı hərbi hissədə Xüsusi Təyinatlı Qrupun komandir müavini vəzifəsinə təyin olunmuşdur.
   "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, "Hərbi xidmətlərə görə" medalı, III dərəcəli "Qüsursuz xidmətə görə" medalı, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı, "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" yubiley medalı, "Vətən Müharibəsi Qəhrəmanı" medalı , "Vətən uğrunda" medalı , "Kəlbəcərin azad olunmasına görə" medalı  və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.

 

Şəhid Məmmədov Ramal Məhəmməd oğlu
01.01.2000-01.10.2020

    Ramal Məmmədov 1 yanvar 2000-ci il tarixində Azərbaycan Respublikasının Gəncə şəhərində anadan olmuşdur. 2018-ci ildə orta məktəbi bitirərək, 2019-cu ilin oktyabr ayında müddətli hərbi xidmətə yollanmışdır. 1 il Beyləqan rayonunda yerləşən N sayl hərbi hissədə xidmət etmişdir.
27 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi başlamışdır.
   Şəhid Məmmədov Ramala komandir və zabit heyyəti tərəfindən Ramalın evin tək uşağı olmağı ilə əlaqədar cəbhənin ön hissəsinə getməməyi bildirsələrdə, Ramalı razı sala bilməyiblər. Döyüşlərin ilk başladığı tarixdən, könüllü olaraq ön cəbhəyə yolla düşmüşdür. Xocavənd və Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştrak etmiş,  böyük şücayət göstərmişdir.
   Və son olaraq Ramal Məmmədov 2020-ci il oktyabrın 1-də Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
    Ramal Məmmədov böyük izdihamla Bakı şəhəri Qaradağ rayonunun Lökbatan qəsəbəsində şəhidlər xiyabanında dəfn olunmuşdur.

 

Şəhid Məmmədov Pərviz Ələddin oğlu
09.08.1989-30.09.2020

   Pərviz Məmmədov 1989-cu il avqustun 9-da Tovuz rayonunun Çeşməli kəndində anadan olub. 1995-2006-cı illərdə  Qaradağ rayonunda N.Qurban adına 288 nömrəli tam orta məкtəbdə təhsil alıb. Ailəli idi. Bir oğlu yadigar qaldı.
   Azərbaycan Ordusunun kapitanı olan Pərviz Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Pərviz Məmmədov sentyabrın 30-da Füzuli döyüşləri zamanı şəhid olub. Qaradağ rayonunda dəfn olunub.
   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Pərviz Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
   Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Pərviz Məmmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Şəhid Hüseynli Türkay Nizami oğlu
25.11.1990-03.10.2020

   Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının kapitanı olan Türkay Hüseynli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Türkay Hüseynli oktyabrın 3-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. İkinci fəxri xiyabanda General Polad Həşimovla eyni sırada dəfn olunub.
   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Türkay Hüseynli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
   Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Türkay Hüseynli ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.
   Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Türkay Hüseynli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.


Şəhid Qədirov Şahin Bayram oğlu
03.01.1990-06.10.2020

   Azərbaycan Ordusunun giziri olan Şahin Qədirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şahin Qədirov oktyabrın 6-da Füzuli döyüşləri zamanı şəhid olub. Qaradağ rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahin Qədirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
   Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahin Qədirov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
   Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahin Qədirov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.


Şəhid Surxayev Yunis Rafik oğlu
20.01.2002-13.10.2020


   Şəhid Yunis Surxayev 20 yanvar 2002-ci ildə Qaradağ rayonunun Qobustan qəsəbəsində anadan olmuşdur. 2008-ci ci ildə Qobustan qəsəbəsindəki 233 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuş və 2019-cu ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2020- cil ilin aprel ayında hərbi xidmətə gedib. Sentyabrın 27-də səhər saatlarında Ermənistan yaraqlıları Azərbaycanın Füzuli, Cəbrayıl, Tərtər, Ağdərə istiqamətlərində Azərbaycan ordusunun mövqelərinə, kəndlərimizə iriçaplı silahlardan, ağır artilleriyadan istifadə edərək, genişmiqyaslı təxribatlara yol açmışlar. Azərbaycan silahlı qüvvələri təxribatın qarşısını almaq üçün əks-hücumla düşmənə ağır zərbələr endirmişlər.
   2020-ci il oktyabrın 13-də, Suqovuşanın azad olunması istiqamətində gedən şiddətli döyüşlərin birində qəhrəmancasına şəhid olmuşdu. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamlarına əsasən Vətən müharibəsinin şəhidi Yunsi Rafik oğlu Surxayev ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

 

Şəhid Abbasov Ruslan Hikmət oğlu
25.05.2000-16.10.2020

 

   Ruslan Abbasov 25 may 2000-ci ildə Bakı şəhərinin Sahil qəsəbəsində anadan olmuşdur. O, orta təhsilini Sahil qəsəbəsindəki Əliheydər Kazımov adına tam orta məktəbdə alıb.
   2019-cu ilin aprel ayında Ruslan müddətli həqiqi hərbi xidmətə çağırılaraq, Ağcabədi rayonunda yerləşən "N" saylı hərbi hissədə 3 ay müddətinə xidmət etsə də, iyun ayında Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissələrdən birinə dislokasiya olumuşdur.
Azərbaycan Ordusunun çavuşu olan Ruslan Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edərək şücaət göstərmişdir. 14 oktyabr 2020-ci ildə cəbhənin Füzuli istiqamətində şəhid olmuşdur.
   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Ruslan Abbasov ölümündən sonra "Vətən uğrunda"  və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edildi.

 

Şəhid Kəlbiyev Şaiq Namik oğlu
10.09.1994-16.10.2020


   Şaiq Kəlbiyev 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət olub. 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə savaşıb. Döyüş meydanından yaralı hərbçilərin çıxarılmasında və Cəbrayıl rayonu istiqamətində Lələtəpə strateji  nöqtəsinin işğaldan azad edilməsi zamanı fərqlənib.
    Könüllü olaraq SHXÇDX-nin Qaradağ Rayon Şöbəsinə müraciət edən Şaiq Kəlbiyev, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şaiq Kəlbiyev oktyabrın 15-də Füzuli döyüşləri zamanı şəhid olub. Qaradağ rayonunun Sahil qəsəbəsində dəfn olunub.
   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şaiq Kəlbiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.


Şəhid Eyvazlı Məzdək Əli oğlu
26.02.1996-29.10.2020


   Məzdək Eyvazlı 26 fevral 1996-cı ildə Bakı şəhərində anadan olmuşdur. 2002-ci ildə Lökbatan qəsəbəsində yerləşən 288 saylı məktəbin 1-ci sinfinə daxil olan Məzdək 2013-cü ildə həmin məktəbi bitirmiş və həmin il Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olmuşdur. 2017-ci ildə universiteti bitirmiş və Gədəbəyə hərbi xidmətə yollanmışdır. 2018-ci ildə hərbi xidmət müddətini bitirmişdir. Məzdək 2019-cu ildə "Azərsu" Açıq Səhmdar Cəmiyyətində işləməyə başlamışdır.
   Məzdək Eyvazlı 2020-ci ilin iyul ayında baş verən Tovuz döyüşlərindən sonra elan edilən səfərbərlikdən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon üzrə ünvanına yaxınlaşmış, adını könüllü olaraq müharibəyə getmək üçün yazdırmışdır. 21 sentyabr 2020-ci ildə səfərbər olunan Məzdək bir neçə günlük hərbi təlim toplantısından sonra 27 sentyabrda başlayan Vətən Müharibəsinə ilk gündən yollanmışdır. Füzuli uğrunda döyüşlərdə vuruşmuşdur. O, 29 oktyabr 2020-ci ildə Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur.
   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məzdək Eyvazlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
   Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Məzdək Eyvazlı ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.


Şəhid Musayev Elşən Hüseyn oğlu
21.06.1988-30.10.2020

   Azərbaycan Ordusunun kiçik çavuşu olan Elşən Musayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elşən Musayev oktyabrın 30-da Füzuli döyüşləri zamanı şəhid olub. Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində dəfn olunub.
   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşən Musayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
    Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşən Musayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

 


Şəhid İsmayılzadə Səməndər Vahid oğlu
25.08.1990-30.10.2020


    Azərbaycan Ordusunun giziri olan Səməndər İsmayılzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Səməndar İsmayılzadə oktyabrın 28-də Füzuli döyüşləri zamanı şəhid olub.
    Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səməndar İsmayılzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
   Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Səməndar İsmayılzadə ölümündən sonra "Cəbrayılın azadlığı uğrunda" medalı ilə təltif edildi.
    Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Səməndar İsmayılzadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
     Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Səməndar İsmayılzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

 


Şəhid Teнyublu Çərkəz Vidadi oğlu
01.02.1996-23.10.2020


  Azərbaycan Ordusunun kiçik çavuşu olan Çərkəz Teyyublu 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Çərkəz Teyyublu oktyabrın 21-də Füzuli döyüşləri zamanı şəhid olub. Qaradağ rayonunda dəfn olunub.
    Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Çərkəz Teyyublu ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
    Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Çərkəz Teyyublu ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

 


Şəhid Aslanov Elşən Alxas oğlu
29.09.1999-23.10.2020


   29 sentyabr 1999-cu ildə Bakı şəhəri Qaradağ rayonu Qızıldaş qəsəbəsində doğulub. Orta təhsilini Qızıldaş qəsəbəsində yerləşən Azər Namazov adına 180 N-li tam orta məktəbdə almışdır. İkinci Qarabağ müharibəsi zamanı könüllü olaraq xidmət keçmək üçün cəbbhəyə yollanmışdır. Gərgin döyüşlər zamanı qəhrəmancasına şəhid olmuşdur.
    Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu  ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalı və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib

 

Şəhid İbrahimov Elnur Dönməz oğlu
29.08.1988-22.10.2020

   Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Elnur İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağın, Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elnur İbrahimov oktyabrın 21-də Zəngilan döyüşləri zamanı şəhid olub. Hacıqabul rayonunda dəfn olunub.
   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur İbrahimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
    Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur İbrahimov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
   Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur İbrahimov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Şəhid Fərziyev Saməddin Mehman oğlu
20.06.2001-21.10.2020


    2020-ci il 27 sentyabr tarixində başlayan və 44 gün davam edən Vətən müharibəsinin ilk günündən etibarən Saməddin Fərziyev müharibədə iştirak edib, məharətlə döyüşüb, şücaətlər göstərib. Cəbhənin ən gərgin nöqtələrində düşmənlə üz-üzə duran xüsusi təyinatlı qəhrəmanımız Xocavənd rayonu uğrunda gedən şiddətli döyüşlərdə xüsusi şücaət göstərib. Onun son döyüşü də elə Xocavəndin kəndlərinin azadlığı uğrunda olub. Saməddin bu döyüşdə dostu Sənanla birlikdə döyüş tapşırığını yerinə yetirərək, düşmənin xeyli sayda canlı qüvvəsini və texnikasını məhv edib. Tapşırıq uğurla yerinə yetirilib. Oktyabrın 21-i Saməddin və Sənan düşmənin döyüş postunu ələ keçiriblər. Lakin bundan bir neçə dəqiqə sonra xain düşmənin minaatandan açdığı atəş nəticəsində hər ikisi doğma Vətən torpağına sarılaraq, gözlərini əbədi yumurlar. Saməddinin nəşi Qaradağ rayonunun Lökbatan qəsəbəsində torpağa tapşırılıb.
    Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Lerik rayonunun Xanəgah kəndində anadan olan Saməddin Mehman oğlu Fərziyev ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

Şəhid Sərxoşov Seymur Ramiz oğlu
28.01.1987-19.10.2020


      Azərbaycan 2020-ci il 27 sentyabr tarixində ərazi bütövlüyünü bərpa etmək üçün düşmən təxribatlarına cavab olaraq vətəni müdafiəyə başladı. Döyüşlər başlayar-başlamaz Seymur da vətənin dar günündə ona dayaq olmaq üçün ordu sıralarına qayıtdı. Döyüşlərə qatıldığı gündən daima ön cəhbədə şücaətlə xidmət etdi. Füzulidə könüllü hərbi batalyona qoşulan Seymur 14 oktyabra qədər Qubadlı rayonuna qədər gəlib çıxa bilmişdi. Elə həmin gün Qubadlının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə mənfur düşmənin ağır artilleriyadan açdığı mərmi atəşi nəticəsində Seymur qəhrəmancasına şəhid oldu. Şəhidimizin nəşi oktyabrın 18-də valideynləri ilə birgə yaşadığı Qızıldaş qəsəbəsinə gətirildi. Seymurun cənazəsi döyüşə yollandığı qəsəbədə böyük izdihamla qarşılandı. Şəhid növbəti gün, 19 oktyabr yaşadığı Qızıldaş qəsəbəsi Şəhidliyində rayon rəhbərliyinin iştirakı ilə təntənəli surətdə torpağa tapşırıldı.

 


Şəhid Abbasov Pünhan Nəsir oğlu
17.08.1997-17.10.2020


    195 saylı məktəbdə 9 il təhsil aldıqdan sonra müvəqqəti müxtəlif işlərdə çalışıb. Daim istəyib ki, bir yük maşını olsun, elə onunla öz çörəkpulunu qazansın. Aprel döyüşləri zamanı mərdliklə döyüşən Pünhan, ailəsindən xəbərsiz ikinci Qarabağ müharibəsi başlayan vaxt könüllü yazılıb.  İki ay idi evli olmasına baxmayaraq, evdəkiləri bir-birlərinə əmanət edib, sentyabrın 28-i Goranboy istiqamətinə yola düşüb.
    Əsgər yoldaşlarının sözlərinə görə, Suqovuşan uğrunda gedən döyüşlərdə komandiri Pünhana uzun müddət yatmadığını xatırladaraq, dincəlməsini desə də, Pünhan ona qulaq asmayıb. Deyib ki, "biz torpaqları alacağıq, bu saatdan sonra bir ananın gözündən yaş axmayacaq". Hər telefon danışığında anası Zəminə xanımı hər şeyin yaxşı olduğuna əmin edərək, dəstəyi asıb.
    Pünhan ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

 


Şəhid Rəsulov Teymur Yavus oğlu
23.03.1988-18.10.2020


     Azərbaycan Ordusunun əsgəri olan Teymur Rəsulov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Teymur Rəsulov oktyabrın 21-də Cəbrayıl döyüşləri zamanı şəhid olub.
   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Teymur Rəsulov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
    Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Teymur Rəsulov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
    Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Teymur Rəsulov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

 


Şəhid Kərimov Tofiq Dadaş oğlu
07.07.1973-09.11.2020

    Tofiq Kərimov 7 iyul 1973-cü ildə Qaradağ rayonunun Sahil qəsəbəsində anadan olub. 253 nömrəli məktəbin birinci sinifinə daxil olub və həmin məktəbdə 8-ci sinifə qədər təhsil almış ardınca Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsilini davam etdirmişdir. Ardınca Sovet İttifaqı Marşalı S.S.Biryuzov adına Riqa Ali Hərbi-Siyasi Məktəbində təhsil almışdır. Həmçinin Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinin müdavimi olmuşdur.
Şəhidin 3 oğlu yadigar qalıb.
    Birinci Qarabağ müharibəsi zamanı cəbhənin Füzuli istiqamətində gedən döyüşlərdə fəal iştirak edən Tofiq Kərimov 1998-2004 cü illərdə Xüsusi Təyinatlı Qüvvələrdə, 2004-2010-cu illərdə isə kəşfiyyat bölüyündə xidmət etmişdir. 2010-cu ildə öz istəyi ilə silahlı qüvvələrdən ehtiyyata buraxılmışdır
Azərbaycan Ordusunun mayoru olan Tofiq Kərimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edərək şücaət göstərmişdir.
Tofiq Kərimov noyabrın 8-də Şuşa döyüşləri zamanı qəhrəmancasına şəhid olub.

 

Şəhid Həmidov Rəsman Mərdan oğlu
01.07.1998-17.11.2020


   Rəsman Həmidov 1998-ci il iyunun 1-də Şamaxı rayonunun Adnalı kəndində anadan olub. 2004-2012-ci illərdə Abşeron rayonunun Müşfiqabad qəsəbəsinin 320 nömrəli tam orta məktəbində, 2012-2015-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2015-2019-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Nişanlı idi.
   Rəsman Həmidov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edirdi.
    Azərbaycan Ordusunun leytenantı olan Rəsman Həmidov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Xocavənd rayonunun Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rəsman Həmidov oktyabrın 17-də Hadrut döyüşləri zamanı şəhid olub. Şamaxı rayonunda dəfn olunub.
    Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəsman Həmidov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
   Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəsman Həmidov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Şəhid Abışov Zəka Zakir oğlu
19.03.2001-21.10.2020

    Abışov Zəka Zakir oğlu 19 mart 2001-ci ildə Bakı şəhəri Qaradağ rayonu Qızıldaş qəsəbəsində dünyaya göz açmışdır. İbtidai təhsilinə 2007-ci ildə şəhid qohumu Azər Namazovun adını daşıyan 180 saylı orta məktəbdə başlamışdır. Uşaq yaşlarından idmana maraq göstərmiş və karate ilə məşğul olmuşdur. 2016-cı ildə orta təhsilini bitirib "İnşaat qəlibsiçi" ixtisası üzrə 8 saylı peşə məktəbinə daxil olmuşdur. 2019-cu ildə peşə təhsilini uğurla başa vuran Zəka, həmin ilin oktyabr ayında hərbi xidmətə yola düşmüşdür.
   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı, "Füzulinin azad olunmasına görə" medalı və Xocavəndin azad olunmasına görə" medalları  ilə təltif edildi.


Şəhid Gülmalıyev Ağamirzə Ağabəy oğlu
02.04.2002-05.10.2020

    Füzuli rayonunda qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Ağamirzə Gülmalıyev "Vətən Uğrunda", "Suqovuşanın azad olunmasına görə" və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

 

 

 

Şəhid Mirzəliyev Kamal Əjdər oğlu
30.08.1996-15.12.2020


Ötən il Sentyabrın 27 – də İkinci Qarabağ savaşı başlayanda könüllü olaraq cəbhəyə gedib və kəşfiyyat bölüyündə xidmət edib. Xeyli vaxt idi Kamalın qəlbini bir hiss rahat buraxmırdı. Torpaqlarımızı 30 ilə yaxın işğal altında saxlayan xain düşməndən intiqam almaq hissi.Talış kəndi və strateji əhəmiyyətli Suqovuşan istiqamətində gedən döyüşlərdə yaralansa da, tibbi yardım aldıqdan sonra özünün qətiyyətli təkidi ilə yenidən ön cəbhəyə qayıtmışdır. Orada yaralı əsgər yoldaşlarını döyüş meydanından çıxaran zaman düşmənin artilleriya zərbəsi nəticəsində qəhrəmancasına şəhid olmuşdur. Lökbatandakı “Şəhidlər Xiyabanı”nda uyuyur.Müharibədə göstərdiyi rəşadətə,igidliyə görə Ali Baş Komandanın sərəncamına əsasən “Vətən uğrunda “, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

 


Şəhid Xəlilov Ələddin Əlizaman oğlu
29.06.2001-13.12.2020


   Əsgər Xəlilov Ələddin Əlizaman oğlu 29.06.2001-ci ildə Qaradağ rayonu, Qobustan qəsəbəsində anadan olub. Ələddin Vətən müharibəsində igidlik və mərdlik göstərərək Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub. 13.12.2020-ci ildə Qaradağ rayonu, Qobustan qəsəbəsi, Şamlıq qəbristanlığında dəfn olunub.
     O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda” medalı ilə təltif edilib.


 

 

 

Şəhid Abdullayev Balazadə Rafət oğlu
22.06.1991-19.10.2020


   Şəhidimiz 1991-ci il Salyanda anadan olub. B.Abdullayev məktəbi bitirən zaman universitetə daxil olmasa da, bu il Türkiyədə ali təhsil almaq şansı əldə edib, amma təhsil almaq qismət olmayıb.
   Ailəsi bildirib ki, şəhidimiz uşaqlıqdan vətənpərvər olub. Döyüşlərə getmək üçün könüllü yazılıb.
   O, müharibədə olan zaman ailəsi ilə danışarkən ondan narahat olmamalarını istəyib.
   B.Abdullayev oktyabrın 18-də Ağdərədə hərbçi yoldaşlarına su aparan zaman düşmənin hədəfinə tuş gəlib.
   Onun üç yaşında bir oğlu var.

Keçidlər