Şriftin ölçüsü :

Saytın rəngi :

Könüllü fəaliyyət

   "Könüllü fəaliyyəti"nə sən də qoşul!

   Qaradağ rayon İcra Hakimiyyəti “Könüllülük fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq könüllülük fəaliyyətini daha da genişləndirir.

   Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nda və dövlət başçısının 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyulmuşdur. Bu məqsədilə  Qaradağ rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əlaqələndirməklə ölkədə gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviqinə başlayır.

   Könüllülük  fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyət hesab olunur.

    Könüllü kimi 2 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə xüsusi sertifikatlar veriləcəkdir ki, bu da onların növbəti iş həyatına uğurlu bir keçid fürsəti olacaqdır. Yasamal rayon İcra Hakimiyyətində təşkil olunan könüllülük fəaliyyətinə təhsil səviyyəsindən asılı olmayaraq 16-29 yaş arası gənclər müraciət edə bilər.

    Könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər üçün aşağıdakı tələblər müəyyən olunmuşdur:

   İntizamlılıq;
      Xoşrəftarlılıq;
      Ünsiyyətcillik;
      Operativlik;
      Kollektivdə işləmək bacarığı;
      Təşkilatçılıq;
      Təşəbbüskarlıq;
      Kompüter bacarığı.

  Müraciət üçün:

    Könüllülər sırasına qoşulmaq istəyən gənclər Könüllü fəaliyyət göstərmək üçün müraciət formasını dolduraraq mail@qaradagh.gov.az e-poçtuna göndərə bilər və ya Lökbatan, S.Orucov, 9 ünvanına təqdim edə bilərlər. Müvafiq tələblərə cavab verən şəxslərlə əlaqə saxlanılacaq və onlar müsahibəyə dəvət olunacaqdır.

    Könüllülük fəaliyyəti 2 növbədə təşkil olunur:

               - 09:00 - 13:00 – birinci növbə

               - 14:00 - 18:00 – ikinci növbə

   Könüllü kimi müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə xüsusi sertifikatlar veriləcəkdir.

- Əlaqə telefonu: (+994 12) 445-30-15

- Facebook: https://www.facebook.com/qaradagrih

Könüllülük fəaliyyəti haqqında qanun

Könüllü fəaliyyət

Keçidlər