Şriftin ölçüsü :

Saytın rəngi :

Elanlar

“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin icrası ilə əlaqədar hazırlanmış “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli Qərarına uyğun olaraq Qaradağ Rayon İcra Hakimiyyəti başçısının 03 fevral 2017-ci il tarixli 8 saylı Sərəncamı ilə Qaradağ Rayon İcra Hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının əməkdaşlarından 5 üzv, vətəndaş cəmiyyəti institutu nümayəndələrindən 4 üzv olmaqla 9 nəfərdən ibarət seçki komissiyası yaradılmışdır.
İctimai Şuraya üzvlər vətəndaş cəmiyyəti institutlarının  bərabər sayda təmsilçilərindən ibarət birgə yığıncaqda vətəndaş cəmiyyəti institutlarının nümayəndələri tərəfindən seçilir.
Bununla əlaqədar olaraq 06 fevral 2017-ci il tarixindən etibarən 20 iş günü müddətində Qaradağ Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya namizədlərin irəli sürülməsi, qeydiyyatı elan olunur və 03 mart 2017-ci il tarixində başa çatacaqdır.
Seçki ilə əlaqədar Rayon İcra Hakimiyyəti başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə müraciət oluna bilər

Keçidlər