Şriftin ölçüsü :

Saytın rəngi :

Bələdiyyələr

 

L Ö K B A T A N   B Ə L Ə D I Y Y Ə S I

 

 



Lökbatan qəsəbəsi Qaradağ rayonunun mərkəzi və şəhər tipli qəsəbəsidir. Qəsəbə Azərbaycanın plaçıq vulkanının Qaradağ ərazisini təşkil edir. 18 güclü vulkan olmuşdur. Son dəfə vulkan 2001-ci ildə qeydə alınıb.
Lökabtan adının yaranma tarixi Xoca Həsən və Sənqəçal arasında olan karvan yolunun olması ilə bağlıdır, yəni indiki qəsəbə olan ərazi karvan dayanacağı olub, burada dəvə batağlığa batıb. Ona görə də Lök-Batan adı yaranıb.
Qəsəbənin ərazisi 1931—32-ci illərdə 45 saylı neft quyusunun fontanı (1934-cü ildə) ilə əlaqədar qoyulub. Həmindövrdə neftlə əlaqədar indiki S.Orucov küçəsində olan qamış evlərin yaşayış massivinin əsası qoyulub. Həmin dövrdə ölkənin müxtəlif yerlərində neft mədəninə işləmək üçün müxtəlif millətlərin nümayəndələri gəlib məskunlaşmışdır.

  • Ərazisi – 67 km2
  • Əhalisi –35523 nəfər
  • Sənaye müəssisələri – 6
  • Təhsil ocaqları - 8
  • (Məktəblər- 5, litsey və peşə məktəbləri -1, musiqi məktəbi-1, uşaq yaradıcılıq mərkəzi-1)
  • Səhiyyə ocaqları -6
  • (Xəstəxana-2, doğum evi-1, poliklinika-1, uşaq sanatoriyası-1, təcili tibbi yardım stansiyası-1)
  • Uşaq bağçaları-7
  • Mədəniyyət evi -1
  • Kitabxana-1
  • Məscid-1
  • Tarixi abidələr-1 (Qurd qapısı-Qasımbəy Çapdıran) Əlvan metallar Zavodunun arxası.

 

S A H İ L   B Ə L Ə D I Y Y Ə S I

 

 


Sahil qəsəbəsi rayonun ikinci böyük qəsəbəsidir. Qəsəbənin yaranma tarixi 1949- cu ildə Sement zavodunun tikintisi ilə əlaqədar olmuşdur. Belə ki, Keşlə qəsəbəsində yerləşən Sement zavodu şəhərin mərkəzinə yaxın olduğundan qərara alınmışdır ki, bu zavod Qaradağ dəmir yolu stansiyasının yaxınlığına köçürülsün. Zavodun tikintisi və gələcəkdə fəaliyyət göstərməsi ilə əlaqədar dənizin kənarında ilk evlər tikilmişdir.
Sahil qəsəbəsində 1949- cu ilə qədər balıq vətəgəsi olub. 1949- cu ildə əsası qoyulmuş Sement zavodunun 1951- ci ildə 1- ci və 2- ci texnoloji xətt işə düşüb. Qəsəbənin təşkil olunduğu taix 1951- 52- ci illərdir.

  • Ərazisi – 140km2
  • Əhalisi – 23342 nəfər
  • Sənaye müəssisələri – 10
  • Təhsil ocaqları - 6
  • (Məktəblər- 3, litsey və peşə məktəbləri - 1, xüsusi internat məktəbi- 1, musiqi məktəbi - 2, İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları uşaq gənclər idman məktəbi- 1)
  • Səhiyyə ocaqları - 5
  • (Xəstəxana- 1, poliklinika- 1, hərbi hospital - 1, təcili tibbi yardım stansiyası- 1, stamatoloji poliklinika- 1)
  • Uşaq bağçaları- 6
  • Mədəniyyət evi - 1
  • Kitabxana- 1
  • Məscid- 1
  • Tarixi abidələr- 1 (Şah Abbas karvansarayı) Sement zavodunun arxası.

 

 

Q I Z I L D A Ş   B Ə L Ə D I Y Y Ə S I

 

 

 

Qızıldaş qəsəbəsinin bünövrəsi 1945-46-cı illərdə qoyulmuş və qəsəbə əvvəllər yaxınlıqda olan təpənin zirvəsindən çıxan qırmızı qum və kərpiclə əlaqədar Qızıltəpə adlandırılmışdır. 1948-ci ildən qəsəbənin ətrafında neftin çıxarılması ilə bağlı respublikanın müxtəlif yerlərindən bura insanlar köçmüş, qəsəbəyə Yeni Trest (Neft İdarəsi) adı verilmiş və 1954-cü ildə qəsəbə inzibati ərazi vahidliyi yardılmışdır. 1973-cü ildə qəsəbənin adı ərazidən çıxan mişar daşı ilə bağlı Qızıldaş adlandırılmışdır.

  • Ərazisi – 320 km2
  • Əhalisi – 5157 nəfər
  • Sənaye müəssisələri –9
  • Təhsil ocaqları - 2
  • Səhiyyə ocaqları - 1

 

 

S Ə N Q Ə Ç A L   B Ə L Ə D I Y Y Ə S I

 

 

 



1936-37-ci illərdə qəsəbədə dəmir yolu stansiyası fəaliyyət göstərmişdir. Barak formasında 3 ədəd ev tikilmiş, burada dəmiryolçular yaşamışlar. Müharibədən əvvəl burada kiçik balıqçılar zavodu olmuş, yerli sakinlərin əksəriyyəti burada işləmişlər.
müharibədən sonra hərbi əsirlər üçün baraklar tikilmiş və orada hərbi əsirlər yaşamışlar. Müharibədən sonra iki yerdə hərbi hissələr salınmış, hərbiçilər üçün hərbi şəhərcik tikilmişdir. 1940-cı illərin sonlarından başlayaraq ətraf yerlərdən bura köçüb gələnlər artmışdır.

  • Ərazisi – 81 km2
  • Əhalisi – 3672 nəfər
  • Sənaye müəssisələri – 1
  • Təhsil ocaqları – (məktəb-1)
  • Uşaq bağçaları-2
  • Səhiyyə ocaqları –(Ambulatoriya-1)
  • Mədəniyyət evi -1
  • Kitabxana-1
  • Məscid-1
  • Pir və ziyarətgahlar-1 (“Sofii-Həmid” türbəsi)
  • Tarixi abidələr-5 (“Musaxan körpüsü”, “Səngər” abidəsi, Şah Abbas karvansarayı və iki su ovdanı), Şah Abbas karvansarayı və su quyusu (qəsəbənin 16 km Şimal-şərqində), Sofii-Həmid Türbəsi və su ovdanı.

 

 

Q O B U S T A N   B Ə L Ə D I Y Y Ə S I

 

 

 



Duvannı stansiyası 1893-94-cü illərdə yaranıb. 1901-05-ci illərdə ilk dəfə Duvannı stansiyasından xaricə neft yollanıb. 1935-37-ci illərdə ilk dəfə Duvannıda ilk kəşfiyyat neft buruğu işə salınıb.
1945-49-cu illərdə Duvannı Hacıqabul rayonunun tərkibində olub.
1950-54-cü illərdə Duvannı rayonu yaranıb (tərkibində: Sənqəçal, Çeyildağ, Ələt, Atbulaq qəsəbələri olmaqla).
1956-cı ildən yenidən Molotov (Qaradağ) rayonunun tərkibinə keçib.
Qəsəbə 1951-ci ildə şəhər tipli qəsəbə kimi təşkil olunub. 1972-ci ildə Duvannının adı dəyişib Qobustan qoyulub. Indiki Qobustan qəsəbəsinin ərazisi qədim insanların məskunlaşdığı yerlər olub. Hal-hazırda Qobustan Dövlət Qoruğunda qorunan qaya təsvirləri buna əyani sübutdur. Arxeoloji tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, qaya təsvirləri bizim eramızdan əvvəl II minilliyə - “Daş dövrü”nə təsadüf edir.

  • Ərazisi – 130 km2
  • Əhalisi – 15278 nəfər
  • Sənaye müəssisələri – 5
  • Təhsil ocaqları – (məktəb-2)
  • Uşaq bağçaları-3
  • Səhiyyə ocaqları –(xəsətəxana-2)
  • Mədəniyyət evi -1
  • Kitabxana-1
  • Məscid-3
  • Pir və ziyarətgahlar-1 (“Qaraatlı Baba” piri)
  • Tarixi abidələr-1 (Qobustan Dövlət Tarixi Bədii qoruğu)

 

Ə L Ə T   B Ə L Ə D I Y Y Ə S I

 

 

  Toponim kimi dənizdən görünən yer mənasını daşıyan Ələt qəsəbəsinin ərazisində XIX əsrin 40-50-ci illərində bir neçə balıqçı evi olmuş, yaxın rayonların dağ kəndlərinin əhalisi heyvanların qışlaması üçün qəsəbənin ərazisindən istifadə etmiş və tədricən orada məskunlaşmışlar. 1881-1884-cü illərdə tikilən Bakı-Tiflis və 1921-1924-cü illərdə tikilən Bakı-İrəvan dəmir yolları Ələt qəsəbəsinin ərazisindən keçir.Ələt qəsəbəsi inzibati ərazi vahidliyi kimi 1935-ci ildə təşkil olunmuş, qəsəbənin ərazisində Bakı-Ələt və Yeni Ələt dəmir yol stansiyaları tikilmiş və balıq vətəgələrinə balıqla yüklənən gəmilərin yan aldığı Ələt-Pristan (Sahil) yaşayış məntəqəsi salınmışdır.Ələt qəsəbəsi 1956-cı ilə qədər Hacıqabul rayonunun tərkibində olmuş, 1956-cı ildən isə Qaradağ rayonunun tərkibindədir

  • Ərazisi – 321 km2
  • Əhalisi –13537 nəfər
  • Sənaye müəssisələri – 6
  • Təhsil ocaqları - 6
  • Səhiyyə ocaqları -2
  • Uşaq bağçaları- 2
  • Mədəniyyət evi -1
  • Kitabxana- 2
  • Məscid-1

 

M Ü Ş F I Q A B A D   B Ə L Ə D I Y Y Ə S I

 

 

 

Müşfiqabad qəsəbəsi Yeni Baki Broyler fabrikinin tikintisi ilə əlaqədar 1980-cı illərdə salınmışıdr. 1984-cü ildə qəsəbədə fabrikin ilk iki yataqxanası istifadəyə verilmiş, 1985-1987-ci illərdə yeni doqquzmərtəbəli yaşayış binaları tikilmiş və 1988-ci ildə qəsəbə inzibati ərazi vahidliyi kimi təşkil olunaraq xalq şairi Mikayıl Müşfiqin şərəfinə adlandırılmışdır.

  • Ərazisi – 58.8 km2
  • Əhalisi –9121 nəfər
  • Təhsil ocaqları - 3
  • Səhiyyə ocaqları -2
  • Uşaq bağçaları-2
  • Mədəniyyət evi -1
  • Kitabxana-1
  • Məscid-1

 

Keçidlər