Şriftin ölçüsü :

Saytın rəngi :

Ümid qəsəbəsindən Sahil qəsəbəsinə gedən yolun asfaltlaşdırılması işləri həyata keçirilir

13 oktyabr 2026 | 12:47

   Qaradağ rayonunda yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması və sakinlərin rahat gediş-gəlişinin təmin edilməsi istiqamətində müvafiq tədbirlər davam etdirilir.
   Bu çərçivədə Ümid qəsəbəsindən Sahil qəsəbəsinə gedən torpaq yolun asfalt örtüyü ilə təmin olunması işlərinə başlanılıb. Həyata keçirilən işlər yolun hərəkət üçün əlverişli vəziyyətə gətirilməsinə, nəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təmin edilməsinə, eləcə də ərazidə mövcud yol şəraitinin yaxşılaşdırılmasına xidmət edir.
   Yolun asfaltlaşdırılması sakinlərin gündəlik gediş-gəlişinin asanlaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Görülən işlər ərazidə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə və yol şəraitinin müasir tələblərə uyğunlaşdırılmasına töhfə verəcəkdir.

Keçidlər