Ümid qəsəbəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə bağlı tədbirlər keçitilir
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının şəhər və rayonlarında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş müxtəlifyönümlü tədbirlər həyata keçirilir. Qaradağ rayonunda da rayon İcra Hakimiyyəti başçısının imzaladığı Tədbirlər Planına əsasən müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.
Rayonun Ümid qəsəbəsində də böyük rəhbərimiz, Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş müxtəlif tədbirlər, təmizlik-abadlıq işləri, eləcə də ağacəkmə aksiyaları davam etdirilir.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə bu gün qəsəbədə böyük iməcilik keçirmişdir.
Qəsəbənin bütün ərazisində təmizlik-abadlıq işləri həyata keçirilməklə yanaşı, yol kənarları tullantılardan təmizlənmiş, əraziyə atılmış məişət tullantıları, boş plastik qablar... yığışdırılmışdır.
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planına əsasən Ümid qəsəbədində
ağacəkmə aksiyalarının keçirilməsi və abadlıq işlərinin aparılması da tədbirlər planında nəzərdə tutulmuşdur.
Bu gün təmizlik-abadlıq işləri çərçivəsində qəsəbənin mərkəzi küçəsində yolun kənarlarlarına 40 maşın torpaq tökülmüş, yayılaraq yolların abadlaşdırırılması üçün müvafiq tədbirlər görülmüşdür.
Qəsəbədə ağacəkmə aksiyalarının aparılmasına hazırlıq işləri çərçivəsində müvafiq ərazilər təmizlənmiş, eyni zamanda qəsəbənin girəcəyində, sağ və sol istiqamətlərdə ağacların əkilməsi üçün yerlər hazırlanmış, 100 ədəd oliyandra və 10 ədəd şam ağacı əkilmişdir.
Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə bağlı tədbirlər il boyu müntəzəm davam etdiriləcək.