Şriftin ölçüsü :

Saytın rəngi :

Ümid qəsəbəsində iməcilik keçirilmişdir

11 mart 2023 | 11:50
Ümid qəsəbəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ərəfəsində   qəsəbə ərazisində təmizlik və abadlıqla bağlı iməcilik  keçirilmişdir.  
Səhər saatlarından başlanan İməcilik zamanı qəsəbənin küçələri, səki kənarları, bordür və işıq dirəkləri, məhəccərlər,  dayanacaqlar, ağaclar və yaşıllıq zolaqları, məişət tullantılarının atıldığı konteyner və meydançalarının ətrafı, eləcə də digər təmizlik və dezinfeksiya işləri görülmüşdür. 
Eyni zamanda qəsəbədə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ağacəkilmə  aksiyası da davam etdirilmişdir. Qəsəbənin ərazisində, mərkəzi küçədə 100-ə yaxın yeni həmişəyaşıl ağaclar əkilmişdir. 
Əlavə olaraq, mövsümlə əlaqədar əvvəldən əkilmiş ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilmiş, təbii gübrələr verilmiş, ağacların üzərinə toplanan toz və torpaq yuyulmuş, onların dibi yumşaldılmışdır. 
Qəsəbədə fəaliyyət göstərən 294 nömrəli tam orta məktəb, tibb məntəqəsi və Gənclər mərkəzində, həyətyanı sahə və ətraf ərazilərdə təmizlik və səliqə-sahman işləri aparılmışdır. 
Qəsəbə sakinləri də bu təşəbbüsə qoşulmuş və aksiyada fəal iştirak etmişlər.
İməclik tədbirləri gün ərzində davam etdirilmişdir.
Keçidlər