Şəhid Abdullayev Akif Kamal oğlunun məzarı əsaslı şəkildə təmir olunmuşdur.
24 fevral 2026 | 16:21
Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən igid oğullarımızın xatirəsi hər zaman uca tutulur. Bu müqəddəs amal uğrunda şəhidlik zirvəsinə ucalan Abdullayev Akif Kamal oğlunun əziz xatirəsi də daim ehtiramla anılır.
Şəhidimizin məzarı ziyarətçilərin rahatlığı və abidənin daha səliqəli vəziyyətdə qorunması məqsədilə əsaslı şəkildə təmir olunmuşdur. Aparılan təmir işləri çərçivəsində məzar daşları yenilənmiş, ətraf ərazi abadlaşdırılmış, səliqə-sahman yaradılmışdır. Görülən işlər şəhidimizin xatirəsinə olan dərin hörmət və ehtiramın bariz nümunəsidir.
Qeyd edək ki, şəhidlərimizin adının əbədiləşdirilməsi, məzarlarının daim diqqət mərkəzində saxlanılması və ailələrinə mənəvi dəstəyin göstərilməsi hər birimizin vətəndaşlıq borcudur.
Şəhid Abdullayev Akif Kamal oğlunun əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq və gələcək nəsillərə örnək olacaqdır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.






