“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Qaradağ rayonunun Lökbatan qəsəbəsində asfaltlama işləri aparılır.
Qaradağ rayonunun Lökbatan qəsəbəsində asfaltlama işləri aparılır
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Qaradağ rayonunun Lökbatan qəsəbəsində sakinlərin rahat və təhlükəsiz hərəkətinin təmin olunması, yol infrastrukturunun yaxşılaşdırılması məqsədilə asfaltlama işləri həyata keçirilir.
Görülən işlər qəsəbənin yol infrastrukturunun müasirləşdirilməsinə, nəqliyyat vasitələrinin və piyadaların rahat hərəkətinə əlverişli şərait yaradılmasına xidmət edir.
Qaradağ rayonunda əhalinin sosial rifahının yüksəldilməsi, yaşayış məntəqələrində infrastrukturun yaxşılaşdırılması və abadlıq işlərinin davamlı şəkildə həyata keçirilməsi istiqamətində müvafiq tədbirlər mərhələli şəkildə bundan sonra da davam etdiriləcəkdir.






