“Şəhərsalma və Memarlıq ili” çərçivəsində Qaradağ rayonunda Bakı–Ələt şosesinin istinad divarlarında təmir və bərpa işləri aparılmışdır.
Azərbaycan Respublikasında elan edilmiş “Şəhərsalma və Memarlıq ili” çərçivəsində şəhərsalma infrastrukturunun təkmilləşdirilməsi, yolkənarı mühəndis qurğularının təhlükəsizliyinin təmin edilməsi və ətraf mühitin estetik görünüşünün yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir.
Bu çərçivədə 29 iyul 2026-cı il tarixində Qaradağ rayonu ərazisindən keçən Bakı–Ələt şosesinin istinad divarlarında təmir və bərpa işləri həyata keçirilmişdir. Görülən işlər zamanı istinad divarlarının zədələnmiş hissələri bərpa olunmuş, konstruksiyaların dayanıqlığının artırılması, xarici görünüşünün yaxşılaşdırılması və uzunömürlülüyünün təmin edilməsi məqsədilə müvafiq təmir tədbirləri görülmüşdür.
Həyata keçirilən işlər yol infrastrukturunun təhlükəsiz və müasir tələblərə uyğun saxlanılmasına, həmçinin rayonun abadlıq səviyyəsinin yüksəldilməsinə xidmət edir. Görülən tədbirlər nəticəsində Bakı–Ələt şosesinin bu hissəsində həm təhlükəsizlik, həm də estetik baxımdan daha əlverişli şərait yaradılmışdır.
Qaradağ rayonu ərazisində “Şəhərsalma və Memarlıq ili” çərçivəsində abadlıq, bərpa və infrastrukturun təkmilləşdirilməsi istiqamətində tədbirlərin bundan sonra da ardıcıl şəkildə davam etdirilməsi nəzərdə tutulur.






