Şriftin ölçüsü :

Saytın rəngi :

   "Şəhərsalma və Memarlıq ili" çərçivəsində Qaradağ rayonunda abadlıq və yenidənqurma işləri davam etdirilir.

04 avqust 2026 | 16:44

   "Şəhərsalma və Memarlıq ili" çərçivəsində Qaradağ rayonunda abadlıq və yenidənqurma işləri davam etdirilir.
   Azərbaycan Respublikasında elan edilmiş "Şəhərsalma və Memarlıq ili" çərçivəsində Qaradağ rayonunda genişmiqyaslı abadlıq, yenidənqurma və infrastrukturun müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər ardıcıl şəkildə davam etdirilir. Rayonun bütün qəsəbələrini əhatə edən bu tədbirlər çərçivəsində yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, yaşayış məntəqələrinin abadlaşdırılması və sakinlərin rahatlığının təmin olunması məqsədilə işlər mərhələli şəkildə həyata keçirilir.
   Bu istiqamətdə növbəlilik prinsipi əsasında görülən işlərin davamı olaraq, 4 avqust 2026-cı il tarixində Ələt qəsəbəsi 48-ci Ələt küçəsinin asfalt örtüyünün əsaslı təmir işləri həyata keçirilmişdir. Müasir standartlara uyğun şəkildə həyata keçirilən asfaltlama işləri nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və maneəsiz hərəkətinin təmin edilməsinə, eyni zamanda yol infrastrukturunun keyfiyyətinin artırılmasına xidmət edir.
   Aparılan abadlıq işləri qəsəbənin estetik görünüşünün yaxşılaşdırılması ilə yanaşı, yerli sakinlərin gündəlik həyat şəraitinin daha da rahatlaşdırılmasına, yaşayış mühitinin müasir tələblərə uyğunlaşdırılmasına və nəqliyyatın hərəkət komfortunun artırılmasına mühüm töhfə verir. Eyni zamanda, həyata keçirilən tədbirlər yol problemlərinin aradan qaldırılmasına və ərazidə dayanıqlı infrastrukturun formalaşdırılmasına xidmət edir.
   Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən nəzarətdə saxlanılan layihələr çərçivəsində digər küçələrdə də mərhələli şəkildə yol infrastrukturunun yenilənməsi nəzərdə tutulur.

Keçidlər