Şriftin ölçüsü :

Saytın rəngi :

“Şəhərsalma və Memarlıq ili” çərçivəsində Müşviqabad qəsəbəsi ərazisində təmizlik və abadlıq işləri aparılmışdır.

01 iyun 2026 | 10:16

“Şəhərsalma və Memarlıq ili” çərçivəsində Qaradağ rayonu Müşviqabad qəsəbəsi ərazisində əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması və sanitariya-gigiyena vəziyyətinin daha da sağlamlaşdırılması məqsədilə genişmiqyaslı təmizlik və abadlıq işləri aparılmışdır.
   Görülən tədbirlər çərçivəsində qəsəbənin əsas və daxili küçələri, məhəllə araları, yaşıllıq sahələri və ictimai istifadə olunan ərazilər məişət tullantılarından təmizlənmişdir.
   Təmizlik işləri zamanı yol kənarları və səkilər yuyulmuş, toplanmış tullantılar xüsusi texnika vasitəsilə ərazidən kənarlaşdırılmış, abadlıq və səliqə-sahman işləri həyata keçirilmişdir.
    Eyni zamanda, ətraf mühitin qorunması və ekoloji tarazlığın saxlanılması istiqamətində müvafiq tədbirlər görülmüşdür.
   Qeyd olunan işlər mütəmadi xarakter daşıyır və rayon sakinlərindən xahiş olunur ki, məişət tullantılarını xüsusi ayrılmış yerlərə atsınlar, qəsəbələrdə təmizliyə riayət etsinlər.
   Qeyd edək ki, bu işlər davam etdiriləcəkdir.

Keçidlər