“Şəhərsalma və Memarlıq ili” çərçivəsində Ələt qəsəbəsi ərazisində təmizlik və abadlıq işləri aparılmışdır.
“Şəhərsalma və Memarlıq ili” çərçivəsində Qaradağ rayonunun Ələt qəsəbəsində əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi, sanitariya-gigiyena vəziyyətinin daha da sağlamlaşdırılması və qəsəbənin ümumi görünüşünün müasirləşdirilməsi məqsədilə genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilib.
Aparılan işlər çərçivəsində qəsəbənin müxtəlif ərazilərində məişət tullantıları və digər çirkləndiricilər ərazidən uzaqlaşdırılıb, küçə və ümumi istifadə sahələri təmizlənib, ətraf ərazilərdə səliqə-sahman yaradılıb.
Eyni zamanda, Ələt qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında genişmiqyaslı təmizlik və abadlıq işləri aparılıb. Xiyabanın ərazisi tullantılardan təmizlənib, yaşıllıq sahələrinə və ümumi səliqə-sahmana diqqət yetirilib.
Həyata keçirilən tədbirlər qəsəbə sakinlərinin rahat və sağlam mühitdə yaşamalarının təmin olunmasına, ətraf mühitin qorunmasına, eləcə də şəhidlərimizin əziz xatirəsinin uca tutulduğu məkanın daim səliqəli və baxımlı vəziyyətdə saxlanılmasına xidmət edir.
Qeyd edək ki, bu işlər davam etdiriləcəkdir.






