Şriftin ölçüsü :

Saytın rəngi :

“Şəhərsalma və Memarlıq ili” çərçivəsində Ələt qəsəbəsi ərazisində təmizlik və abadlıq işləri aparılmışdır

10 iyul 2026 | 10:31

   “Şəhərsalma və Memarlıq ili” çərçivəsində Qaradağ rayonunda abadlıq və sanitariya vəziyyətinin yaxşılaşdırılması istiqamətində tədbirlər ardıcıl şəkildə həyata keçirilir.
   Bu çərçivədə Qaradağ rayonunun Ələt qəsəbəsində ərazilərin təmiz saxlanılması və estetik görünüşünün yaxşılaşdırılması məqsədilə abadlıq işləri görülmüşdür. Həyata keçirilən tədbirlər zamanı qəsəbə ərazisində alaq otları təmizlənmiş, ətraf mühitin sanitar vəziyyətinin yaxşılaşdırılması istiqamətində müvafiq işlər görülmüşdür.
   Eyni zamanda, məişət tullantılarının yığılması üçün nəzərdə tutulmuş tullantı meydançalarında və konteynerlərdə rənglənmə işləri aparılaraq onların estetik görünüşü yenilənmiş, istifadəyə yararlı vəziyyətə gətirilmişdir.
   Rayonun bütün yaşayış məntəqələrində abadlıq, təmizlik və yaşıllaşdırma tədbirlərinin davam etdirilməsi, əhalinin rahat və sağlam yaşayış mühitinin təmin olunması istiqamətində işlər bundan sonra da ardıcıl olaraq həyata keçiriləcəkdir.

Keçidlər