Şriftin ölçüsü :

Saytın rəngi :

“Şəhərsalma və Memarlıq ili” çərçivəsində 30 aprel 2026-cı il tarixində Qaradağ rayonu Qobustan qəsəbəsində iməclik aksiyası keçirilmişdir.

30 aprel 2026 | 16:42

“Şəhərsalma və Memarlıq ili” çərçivəsində 30 aprel 2026-cı il tarixində Qaradağ rayonu Qobustan qəsəbəsində iməclik aksiyası keçirilmişdir. Aksiya qəsəbə ərazisinin abadlaşdırılması, ekoloji mühitin yaxşılaşdırılması məqsədi daşıyırdı.

Belə ki, qəsəbə ərazisində mövcud yaşıllıq sahələrində biçin işləri aparılmış, ağac və kolların ətrafı səliqəyə salınmışdır.

Görülən bu işlər əhalinin daha sağlam mühitdə yaşamasına, qəsəbənin ümumi görünüşünün yaxşılaşmasına və yaşıllıqların qorunmasına xidmət edir.

Keçirilən iməclik aksiyası həm də sakinlər arasında ekoloji mədəniyyətin təbliği, təbiətə qayğının artırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Belə tədbirlər insanların birliyini gücləndirir, ətraf mühitin qorunmasına ümumi məsuliyyət hissini artırır.

Qaradağ rayonu üzrə həyata keçirilən bu cür abadlıq və yaşıllaşdırma tədbirləri davamlı xarakter daşıyır. Bu isə regionun ümumi simasının daha da gözəlləşməsinə və ekoloji tarazlığın qorunmasına mühüm töhfə verəcəkdir.

Keçidlər