Şriftin ölçüsü :

Saytın rəngi :

Sədərək Ticarət Mərkəzi Qaradağ rayonunda keçirilən ümumrayon iməcliyində fəal iştirak edib

17 may 2025 | 11:01

Azərbaycan Respublikasında 2025-ci ilin "Konstitusiya İli" elan olunması ilə əlaqədar olaraq ölkəmizin müxtəlif bölgələrində ictimai əhəmiyyətli tədbirlər həyata keçirilir. Bu çərçivədə Qaradağ Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonda ümumrayon iməcliyi təşkil olunub.

Sədərək Ticarət Mərkəzinin kollektivi də iməclikdə yüksək fəallıq nümayiş etdirib. Ticarət Mərkəzinin əməkdaşları öz ərazilərində genişmiqyaslı təmizlik və abadlıq işləri aparıblar. Ərazidə məişət tullantıları toplanaraq xüsusi nəqliyyat vasitələri ilə daşınıb, səkilər və piyada keçidləri yuyularaq səliqəyə salınıb, ticarət obyektlərinin ətrafı alaq otlarından təmizlənib.

Bundan əlavə, yaşıllıq sahələrinin bərpası məqsədilə yeni ağac və gül kolları əkilib, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib. Sədərək Ticarət Mərkəzi tərəfindən görülən bu işlər Qaradağ rayonunun ümumi abad görünüşünə mühüm töhfə verib.

Qeyd edək ki, Sədərək Ticarət Mərkəzinin bu təşəbbüsdə iştirakı Konstitusiya İlinin ruhuna uyğun olaraq vətəndaş məsuliyyətinin və ictimai həmrəyliyin təcəssümüdür. Bu cür tədbirlər təkcə ətraf mühitin mühafizəsinə deyil, həm də cəmiyyətin ekoloji şüurunun formalaşdırılmasına xidmət edir.

Keçidlər