Sanqaçalda yerləşən XV əsrə aid olan Karvansarayda təmizlik işləri aparılmışdır.
Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən Qaradağ rayonu ərazisində mövcud olan turizm potensialının öyrənilməsi məqsədilə tarixi, coğrafi və mədəni abidələrin siyahısı tutulmuş və həmin 23 turizm obyekti barədə məlumatı əlavə edirik.
Qaradağ rayonunun təbii şəraiti və burada yaşayan insanların həmin şəraitə uyğunlaşan həyat tərzi min illər ərzində formalaşmışdır. Müvafiq olaraq ərazinin tarixi-arxeoloji abidələri də lokal xüsusiyyətləri ilə seçilirlər.
Sahəsi Bakının ümumi sahəsinin yarısından çoxunu əhatə edən Qaradağ rayonu karvan yollarının üzərində yerləşmisdir. Qədim Ipək yoluna xidmət edən infrastruktur - orta əsr karvansarayları, ovdanlar başqa rayonlara nisbətən rayonumuzun ərazisində daha çox olmuş və günümüzə qədər qorunub saxlanılmışdır. Bununla yanaşı UNESCO siyahısına daxil olan Qobustan qoruğu da Qaradağ rayonunda yerləşir. Qədim abidələrə qoruq ərazisindən başqa rayonun digər yerlərində də rast gəlinir. Buraya yaşayış yerləri, kurqan tipli qəbir abidələri, qayaüstü təsvirlər, daş yollar, dini-memarlıq kompleksləri və s. ölkə əhəmiyyətli abidələr daxildir. Bunlar Qaradağ rayonunda bütün tarixi mərhələlərdə intensiv həyatın olduğunu göstərir.
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən, insanın fəaliyyəti ilə bağlı olan qədim mədən istismar izləri, qədim yollar arxeoloji abidələr sırasına daxildir.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarına əlavə olunmuş siyahılara əsasən Qaradağ rayon ərazisində yerləşən dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarixi və mədəniyyət abidələri Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən xüsusi nəzarətə götürülmüş, onların mədəni, tarixi dəyərinə xələl gətirə biləcək hərəkətlərin qarşısı alınması üçün müvafiq tapşırıqlar verilmişdir.
Qaradağ rayonu ərazisində Azərbaycan Respublikası Prezidentinin imzaladığı “Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında“ 2295 saylı və “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 500 saylı sərəncamlarin icrası təmin edilməkdədir.
Sanqaçal qəsəbəsində yerləşən XV əsrə aid olan Karvansarayda təmizlik işləri aparılmışdır. Turistlərin ziyarət etdiyi bu tarixi abidə Qaradağ Rayon İcra Hakimiyyətinin nəzarətində saxlanılır.