Sanqaçal–Çeyildağ yolunda nəqliyyat əlaqəsi bərpa olunub
27 oktyabr 2026 | 17:40
Qaradağ rayonunda, Sanqaçal–Çeyildağ avtomobil yolunun 13-cü kilometrində intensiv yağıntılar və güclü sel nəticəsində dağılmış körpünün yerində yeni, bir aşırımlı körpü inşa edilib. Görülən işlər nəticəsində:
Yolun həmin hissəsində nəqliyyat əlaqəsi bərpa olunub. Avtomobillərin təhlükəsiz və rahat hərəkəti təmin edilib.
AAYDA tərəfindən sel və leysan yağışlarının yol infrastrukturuna vurduğu ziyanın aradan qaldırılması istiqamətində bərpa işləri davam etdirilir.
İşlər Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən həyata keçirilir.






