Şriftin ölçüsü :

Saytın rəngi :

Sahil qəsəbəsində yolların abadlaşdırılması istiqamətində işlər davam etdirilir.

15 noyabr 2026 | 11:02

   Sahil qəsəbəsində yolların abadlaşdırılması istiqamətində işlər davam etdirilir.
   Qaradağ rayonunun Sahil qəsəbəsində Emin Quliyev, Məhərrəm Seyidov və Natiq Mustafayev küçələrində yeni salınmış asfalt örtüyü üzərində yol nişanlanma və xətləmə işləri həyata keçirilmişdir.
   Bununla yanaşı, qəsəbədə yol infrastrukturunun yaxşılaşdırılması, ərazinin daha səliqəli və abad görkəmə gətirilməsi istiqamətində müvafiq işlər görülmüşdür. Küçələrdə təmizlik, səliqə-sahman və abadlıq işlərinin aparılması sakinlərin rahat və təhlükəsiz hərəkətinin təmin olunmasına xidmət edir.
   Qeyd edək ki, Qaradağ rayonunda yol infrastrukturunun yenilənməsi, yaşayış məntəqələrinin abadlaşdırılması və sakinlərin rahatlığının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir.

Keçidlər