Sahil qəsəbəsində heyvan kəsimi və ət satışı məntəqələrində monitoring keçirildi
23 sentyabr 2022 | 17:00
Sentyabrın 22-də Qaradağ Rayon İcra Hakimiyyəti, Qida Təhlükəsizliyi Agentliyi və Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları əhalinin qida təhlükəsizliyinin təmin olunması istiqamətində birgə monitorinqlər keçirmişdir. Qaradağ rayonu üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində reydlər zamanı məntəqə sahiblərinə ciddi xəbərdarlıq edilib, yol kənarlarında qanunsuz olaraq quraşdırılmış, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan bir sıra kəsim qurğuları yerli icra orqanlarının əməkdaşları tərəfindən sökülüb.
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.