Sahil qəsəbəsində asfalt örtüyünün təmir və bərpası işlərinə start verilib.
14 noyabr 2026 | 14:11
Qaradağ rayonunun Sahil qəsəbəsi V.Ələkbərov küçəsində yolların vəziyyətinin yaxşılaşdırılması və sakinlərin rahat hərəkətinin təmin olunması məqsədilə asfalt örtüyünün təmir və bərpası işlərinə start verilib.
Görülən işlər qəsəbədaxili yolların keyfiyyətinin artırılmasına, nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz hərəkətinə, eləcə də sakinlərin gündəlik rahatlığının təmin olunmasına xidmət edir.






