Şriftin ölçüsü :

Saytın rəngi :

Sahil qəsəbəsi M.Seyidov küçəsində asfalt örtüyünün salınması üçün hazırlıq işləri aparılır

30 avqust 2022 | 10:45

Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müxtəlif qəsəbələrdə keçirdiyi səyyar görüşlər zamanı sakinlər tərəfindən qaldırılmış problemlərin həlli hər zaman diqqət mərkəzində saxlanılır.

Belə görüşlər çərçivəsində Sahil qəsəbəsinin sakinləri tərəfindən onları narahat edən əsas məsələlərdən biri olaraq RİH başçısına qəsəbənin müxtəlif küçələrində asfalt örtüyün çəkilməsi ilə bağlı müraciətlər ünvanlanmışdır.

Bununla bağlı, rayon ərazisində təmirə ehtiyacı olan yolların siyahısı tutularaq RİH tərəfindən müxtəlif vaxtlarda aidiyyəti üzrə Avtomobil Yolları Dövlət Agentliyinə rəsmi müraciətlər ünvanlandığı, tərtib edilmiş tədbirlər planlarına uyğun olaraq, Agentlik tərəfindən 2022-2026-cı illər ərzində rayonun müxtəlif ərazilərində cari asfaltlama və yeni asfalt örtüyün salınması işlərinin nəzərdə tutulduğu bildirilmişdir. 

Hazırda, Sahil qəsəbəsində yeni asfalt örtüyünün salınması işləri aparılır, tədbirlər planına uyğun olaraq qəsəbənin digər ərazilərində də asfaltlama işləri mərhələli şəkildə həyata keçiriləcəkdir.

Keçidlər