Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan qəsəbəsi Yusif Əliyev küçəsi dəmir yolu kənarında zəbt olunan ərazi zəbtdən azad olundu.

07 mart 2026 | 12:48

   07.03.2026-cı il tarixində Qaradağ rayonu, Qobustan qəsəbəsi, Yusif Əliyev küçəsində dəmir yolu xəttinin kənarında qanunsuz olaraq zəbt edilmiş ərazi görülən tədbirlər nəticəsində zəbtdən azad edilmişdir.

   Aparılan yoxlamalar zamanı həmin sahənin qanunsuz şəkildə istifadə olunduğu müəyyən edilmiş, əraziyə qoyulmuş müxtəlif tikili və maneələr götürülmüşdür. Nəticədə dəmir yolu mühafizə zolağının təhlükəsizliyi və normal fəaliyyəti təmin olunmuş, ərazi tam şəkildə təmizlənərək əvvəlki vəziyyətinə qaytarılmışdır.

   Qeyd edək ki, dəmir yolu xəttinin mühafizə zolağında qanunsuz tikinti və torpaq zəbtinə yol verilməsi qanunvericiliyə ziddir və bu kimi halların qarşısının alınması istiqamətində tədbirlər davam etdiriləcəkdir.

Keçidlər