Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağda yol kənarlarında təmizlik və abadlıq işləri görülür

31 iyul 2025 | 16:14

  Qaradağ rayonu Sahil qəsəbəsi ərazisindən keçən Ələt–Bakı magistral yolunda genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilib. Rayonun aidiyyəti qurumları tərəfindən təşkil olunan tədbir çərçivəsində yolkənarı ərazilərdə qurumuş otlar biçilib, torpaq sahələri təmizlənib və ümumi sanitar vəziyyətə nəzarət gücləndirilib.

  Tədbirin məqsədi nəqliyyat axınının intensiv olduğu bu ərazidə həm ekoloji vəziyyəti yaxşılaşdırmaq, həm də yolkənarı sahələrin estetik görünüşünü təmin etməkdir.

  Oxşar abadlıq və təmizlik işlərinin Qaradağın digər yaşayış məntəqələrində də davam etdirilməsi nəzərdə tutulur.

Keçidlər