Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağda yaşıllaşdırma işləri davam edir

21 iyul 2025 | 23:45

  Qaradağ rayonunda yaşıllaşdırma və ekoloji mühitin qorunması istiqamətində tədbirlər davam etdirilir. Magistral yolların kənarlarında və yaşıllıq zolaqlarında torpağın gübrələnməsi aparılır, damcılı suvarma sistemləri quraşdırılır, ağac və kolların budanması, torpağın yumşaldılması kimi işlər həyata keçirilir.

  Görülən tədbirlər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə üzrə icra olunan abadlıq və ekoloji tarazlığın qorunması siyasətinə uyğun olaraq həyata keçirilir. Yeni salınan yaşıllıq sahələri və parklar həm ekoloji vəziyyətin yaxşılaşdırılmasına, həm də vətəndaşların istirahət imkanlarının genişlənməsinə xidmət edir.

Keçidlər