Qaradağda çoxmərtəbəli yaşayış binalarının giriş qəfəslərinin üstü tollanıb
Qaradağ rayonu, Lökbatan qəsəbəsi, keçid 1594 ünvanında yerləşən 22, 26, 28 və 30 saylı yaşayış binalarının giriş qəfəslərində yenidənqurma işləri aparılıb.
Sakinlərin müraciətləri və mövsümə uyğun hava şəraiti nəzərə alınaraq həyata keçirilən təmir işləri çərçivəsində köhnəlmiş, təhlükə yaradan üst örtüklər sökülüb, onların yerinə möhkəm və dayanıqlı materiallardan istifadə edilməklə yeni örtüklər quraşdırılıb.
Yenilənmə işlərinin əsas məqsədi binaya giriş-çıxış zamanı sakinlərin təhlükəsizliyini təmin etmək və binaların ümumi estetik görünüşünü yaxşılaşdırmaqdır.
Müvafiq qurumlar tərəfindən bu qəbildən olan abadlaşdırma və yeniləmə tədbirlərinin digər yaşayış binalarında da mərhələli şəkildə davam etdirilməsi nəzərdə tutulur.






