Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonunun Sanqaçal qəsəbəsində sahibsiz itlərin toplanması istiqamətində tədbirlər həyata keçirilib

17 oktyabr 2026 | 14:48

   17 oktyabr 2026-cı il tarixində Qaradağ rayonunun Sanqaçal qəsəbəsində ərazidə müşahidə olunan sahibsiz itlərin yığışdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib.
   Həyata keçirilən tədbirlər çərçivəsində qəsəbə ərazisində sahibsiz itlərin toplanması istiqamətində müvafiq işlər görülüb. Bu cür tədbirlər sakinlərin rahat və təhlükəsiz yaşayış mühitinin təmin olunması, xüsusilə uşaqların, yaşlı insanların və digər həssas əhali qruplarının təhlükəsizliyinin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
   Qaradağ rayonunda əhalinin müraciətlərinə diqqətlə yanaşılması, yaşayış məntəqələrində mövcud problemlərin aradan qaldırılması və sakinlərin rifahının yüksəldilməsi istiqamətində tədbirlərin davam etdirilməsi diqqət mərkəzində saxlanılır.

Keçidlər