Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonunun Qobustan qəsəbəsində yerləşən Yusif Əliyev küçəsində piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səki ərazi zəbtindən azad edilmişdir.

06 mart 2026 | 12:34

   06.03.2026-cı il tarixində Qaradağ rayonunun Qobustan qəsəbəsində yerləşən Yusif Əliyev küçəsində piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səki ərazi zəbtindən azad edilmişdir. Aparılan tədbirlər nəticəsində səkidə qanunsuz yerləşdirilmiş maneələr və digər əşyalar götürülmüş, ərazi piyadaların rahat və təhlükəsiz istifadəsi üçün bərpa olunmuşdur.

   Görülən işlər nəticəsində vətəndaşların hərəkəti üçün daha əlverişli şərait yaradılmış, ətraf mühitin səliqəli saxlanılması və şəhər abadlığının təmin olunması istiqamətində mühüm addım atılmışdır.

   Qeyd edək ki, bu kimi tədbirlər gələcəkdə də davam etdiriləcəkdir.

Keçidlər