Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonunun Puta qəsəbəsində müasir tipli dayanacaq quraşdırıldı.

02 sentyabr 2026 | 12:04

   Qaradağ rayonunda əhalinin rahatlığının təmin edilməsi, nəqliyyat infrastrukturunun yaxşılaşdırılması və qəsəbələrin abadlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir.
   Bu çərçivədə Qaradağ rayonunun Puta qəsəbəsində sakinlərin və ictimai nəqliyyatdan istifadə edən vətəndaşların rahatlığının təmin olunması məqsədilə müasir tipli avtobus dayanacağı quraşdırılmışdır.
   Yeni quraşdırılan dayanacaq müasir tələblərə uyğun olmaqla, sərnişinlərin əlverişsiz hava şəraitindən qorunmasına və ictimai nəqliyyatdan daha rahat istifadə etmələrinə şərait yaradır. Görülən işlər qəsəbənin ümumi abadlıq və estetik görünüşünün yaxşılaşdırılmasına da öz töhfəsini verir.
   Qaradağ rayonunda sosial və infrastruktur layihələrinin həyata keçirilməsi, yaşayış məntəqələrində abadlıq və quruculuq işlərinin davam etdirilməsi istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcəkdir.

Keçidlər