Qaradağ rayonunda yaşıllaşdırma işləri çərçivəsində yeni gübrələmə tədbirləri aparılır
Qaradağ rayonunda yaşıllaşdırma və ekoloji mühitin qorunması sahəsində kompleks tədbirlər davam etdirilir. Rayonun müxtəlif ərazilərində əkilmiş ağac və kol bitkilərinə aqrotexniki qulluq göstərilir, torpaq örtüyünün münbitliyinin qorunması məqsədilə yeni alınmış gübrələr səpilir.
Hazırda rayon ərazisində aparılan işlər çərçivəsində, magistral yolların kənarında və yaşıllıq zolaqlarında torpaq sahələrinin gübrələnməsi həyata keçirilir. Bu prosesə müvafiq sahə işçiləri cəlb olunmuş, gübrələmə xüsusi normativlərə uyğun olaraq əl üsulu ilə aparılır.
Eyni zamanda, yaşıllıqların sağlam inkişafı üçün damcılı suvarma sistemləri quraşdırılıb, torpağın yumşaldılması, kolların budanması və digər texniki qulluq işləri də planlı şəkildə icra olunur.
Qeyd edək ki, bu tədbirlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə üzrə həyata keçirilən genişmiqyaslı abadlıq və ekoloji tarazlığın bərpası siyasətinə uyğun olaraq həyata keçirilir.
Rayon ərazisində yaradılan yaşıllıq zolaqları və parklar təkcə ekoloji mühitin yaxşılaşdırılmasına deyil, həm də vətəndaşların rahat və sağlam istirahətinə xidmət edir.






