Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonunda quruculuq abadlıq işləri davam etdirilir

11 avqust 2022 | 16:44

Ölkə Prezidenti cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına, abadlıq-quruculuq işlərinin aparılmasına göstərdiyi qayğı sayəsində hər yerdə olduğu kimi, Qaradağ rayonunda da davamlı olaraq infrastruktur və sosial layihələr icra edilir. Yollar təmir olunur, binaların dam örtüyü dəyişdirilir, fasadları müasir üslubda üzlənir, giriş qapıları təmir edilir, mərkəzi küçələr əsaslı şəkildə yenidən qurulur. Bakı-Ələt (Astara) avtomobil magistral yolunun kənarlarında isə yaşıllıq zolaqları salınıb. Görülən işlər nəticəsində rayonun görkəmi müasir standartlara cavab verir.

Lökbatan qəsəbəsi, Nizami küçəsində davam edən abadlıq-quruculuq işlərində 3 mərtəbəli yaşayış binasında bəzi bərpa işləri aparılmış, ətrafda olan qanunsuz tikililər və bağlar sökülmüş və abadlaşdırılmışdır.

Eyni zamanda, Qızıldaş qəsəbəsində Şəhidlər xiyabanına gedən yola asfalt örtüyü çəkilmiş, birinci Qarabağ müharibəsində Şəhidlik zirvəsinə yüksəlmiş qəhramanlarımızın məzarı ətrafında isə təmir işləri hal hazırda davam etdirilir.

Qeyd edək ki, Qaradağ rayonunun bütün qəsəbələrində abadlıq-quruculuq işləri mütəmadi olaraq davam etdiriləcəkdir

Keçidlər