Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonunda qanunsuz tikililər sökülür

16 dekabr 2025 | 09:30

   Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində aparılan nəzarət tədbirləri çərçivəsində Sahil qəsəbəsində  qanunsuz inşa edilmiş tikililər müəyyən edilərək söküntü işləri həyata keçirilmişdir. Söküntü işləri Azərbaycan Respublikasının mövcud şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə uyğun şəkildə icra olunmuşdur.

  Tədbirlərin məqsədi rayon ərazisində şəhərsalma normalarının təmin edilməsi, qanunsuz tikintilərin qarşısının alınması və ictimai təhlükəsizliyin qorunmasıdır. 

   Qaradağ rayon İcra Hakimiyyəti bir daha vətəndaşlara müraciət edərək bildirir ki, hər hansı tikinti işlərinə başlamazdan əvvəl müvafiq icazələrin alınması zəruridir. 

   Qanunsuz tikinti hallarına qarşı nəzarət tədbirləri gələcəkdə də davam etdiriləcəkdir.

Keçidlər