Qaradağ rayonunda küçələrə asfalt örtüyü çəkilir
03 may 2025 | 11:05
Qaradağ rayonunda genişmiqyaslı abadlıq və yenidənqurma tədbirləri çərçivəsində bütün qəsəbələrdə infrastrukturun mərhələli şəkildə yenilənməsi davam etdirilir. Bu istiqamətdə növbəlilik prinsipi əsasında görülən işlərin davamı olaraq, 03 may 2025-ci il tarixində bir sıra qəsəbələrdə asfalt örtüyünün salınması həyata keçirilmişdir.
Yerli sakinlərin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə aparılan bu işlər qəsəbənin ümumi abadlıq səviyyəsinin yüksəldilməsinə xidmət edir. Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən nəzarətdə saxlanılan layihələr çərçivəsində digər küçələrdə də mərhələli şəkildə yol infrastrukturunun yenilənməsi nəzərdə tutulur.






