Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonunda iməclik davam etdirilir

05 mart 2023 | 16:33
Qaradağ rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ərəfəsində təmizlik və abadlıqla bağlı iməcilik keçirilmişdir.  
Eyni zamanda rayon ərazisində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ağacəkilmə aksiyası da davam etdirilmişdir. Rayonun bütün qəsəbələrində, mərkəzi küçədə 100-ə yaxın yeni həmişəyaşıl ağaclar əkilmişdir. 
Əlavə olaraq, mövsümlə əlaqədar əvvəldən əkilmiş ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilmiş, təbii gübrələr verilmiş, ağacların üzərinə toplanan toz və torpaq yuyulmuş, onların dibi yumşaldılmışdır. 
Keçidlər