Qaradağ rayonunda binaların dam örtükləri yenilənir
12 avqust 2025 | 17:03
Qaradağ rayonu Lökbatan qəsəbəsi, keçid 1594 ünvanında yerləşən 36, 38 və 40 nömrəli binaların dam örtüklərində əsaslı təmir işləri aparılır. Hazırda işçilər müasir hidroizolyasiya materiallarından istifadə edərək damların su keçirməzliyini təmin edirlər.
Layihənin məqsədi yağıntı sularının binaların üst qatına ziyan vurmasının qarşısını almaq və sakinlər üçün daha təhlükəsiz yaşayış şəraiti yaratmaqdır.






