Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonu Sahil qəsəbəsində təmizlik işləri aparılmışdır

11 dekabr 2025 | 12:47

   Qışa hazırlıqla bağlı bütün qəsəbələrdə olduğu kimi, mövsümi tədbirlər çərçivəsində Sahil qəsəbəsində də növbəti iməcilik keçirilmişdir. Keçirilmiş iməclikdə Qaradağ MKTB işçiləri ilə yanaşı qəsəbənin ictimai fəal sakinləri də iştirak edirdi.
   İməclik çərçivəsində iştirakçılar tərəfindən qəsəbə ərazisində təmizlik işləri aparılmış, qurumuş ağac budaqları budanmış, ərtaf kol-kosdan təmizlənmiş, park və yaşıllıq ərazilərdə yaşıllıqlara ağrotexniki qulluq göstərilmişdir.
   Rayon sakinlərindən xahiş olunur ki, məişət tullantılarını xüsusi ayrılmış yerlərə atsınlar, qəsəbələrdə təmizliyə riayət etsinlər.
   Qeyd edək ki, bu işlər davam etdiriləcəkdir.

Keçidlər