Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonu Sahil qəsəbəsində genişmiqyaslı təmizlik işləri aparılmışdır.

25 mart 2026 | 12:37

25 mart 2026-cı il tarixində Qaradağ rayonu Sahil qəsəbəsində ətraf mühitin qorunması və abadlığın təmin olunması məqsədilə genişmiqyaslı təmizlik işləri aparılmışdır.

Keçirilən iməclik çərçivəsində qəsəbə ərazisində küçə və prospektlər, park və istirahət guşələri, həyətlər və ictimai istifadə yerləri məişət tullantılarından təmizlənmiş, yığılan tullantılar xüsusi texnika vasitəsilə daşınaraq ərazidən uzaqlaşdırılmışdır.

Bununla yanaşı, yaşıllıq sahələrində qurumuş ağac budaqları kəsilmiş, ərazilər alaq otlarından təmizlənmiş, mövcud yaşıllıqlara qulluq göstərilmişdir. Yol kənarları, səkilər və dayanacaqlar səliqəyə salınmış, ətraf mühitin sanitar vəziyyətinin yaxşılaşdırılması istiqamətində zəruri tədbirlər həyata keçirilmişdir.

Görülən işlər nəticəsində sakinlər üçün daha təmiz, rahat və sağlam yaşayış mühiti yaradılmışdır.

Qeyd edək ki, bu cür təmizlik və abadlıq tədbirlərinin mütəmadi olaraq davam etdirilməsi nəzərdə tutulur və sakinlər də ətraf mühitin qorunmasına həssas yanaşmağa dəvət olunur.

Keçidlər