Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonu Qobustan qəsəbəsində yenidənqurma və abadlıq işləri həyata keçirilmişdir.

03 mart 2026 | 14:49

Qaradağ rayonu Qobustan qəsəbəsində sakinlərin istirahətinin daha səmərəli təşkili və ərazinin abadlaşdırılması məqsədilə yol kənarında yeni istifadəyə verilmiş parkın ətrafında yenidənqurma və abadlıq işləri həyata keçirilmişdir.

Görülən işlər çərçivəsində parkın ətraf əraziləri təmizlənmiş, səliqə-sahman yaradılmış və mövcud infrastruktur yenilənmişdir.

Yenidənqurma tədbirləri zamanı ərazidə piyada hərəkəti üçün şərait yaxşılaşdırılmış, yol kənarları abadlaşdırılmış, yaşıllıq sahələrinə qulluq göstərilmiş və ətraf mühitin estetik görünüşü təmin edilmişdir. Həmçinin parkın ətrafında sakinlərin təhlükəsiz və rahat hərəkəti üçün müvafiq tədbirlər görülmüşdür.
 
Görülən abadlıq və yenidənqurma işləri qəsəbə sakinləri tərəfindən müsbət qarşılanmış, ərazinin ümumi görünüşünün yaxşılaşmasına və vətəndaşların istirahəti üçün daha əlverişli mühitin formalaşmasına xidmət etmişdir. Bu cür tədbirlər gələcəkdə də qəsəbənin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına və yaşayış mühitinin daha da gözəlləşdirilməsinə töhfə verəcəkdir.
Keçidlər