Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonu Qobustan qəsəbəsində təmir-bərpa işləri aparılmışdır

10 mart 2026 | 14:37

Qaradağ rayonu Qobustan qəsəbəsinin 5-ci massiv ərazisində mövcud yol infrastrukturunun yaxşılaşdırılması məqsədilə yol qatının hazırlanması istiqamətində müvafiq işlər aparılmışdır.

Ərazidə yaşayan sakinlərin rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün yolun əsasının hazırlanması, səthin hamarlanması və texniki tələblərə uyğun şəkildə planlaşdırılması həyata keçirilmişdir.

Aparılan işlər çərçivəsində xüsusi texnikalar vasitəsilə yolun köhnə və yararsız hissələri təmizlənmiş, torpaq və çınqıl qatları düzləşdirilərək yolun dayanıqlılığını artırmaq məqsədilə möhkəmləndirmə tədbirləri görülmüşdür. Eyni zamanda yol səthinin bərabərliyi təmin edilmiş və növbəti mərhələdə asfalt örtüyünün çəkilməsi üçün lazımi hazırlıq işləri tamamlanmışdır.
 
Görülən tədbirlər nəticəsində Qobustan qəsəbəsinin 5-ci massivində yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində mühüm addım atılmış, ərazidə nəqliyyat vasitələrinin və piyadaların hərəkəti üçün daha əlverişli şərait yaradılmışdır. Bu cür işlərin həyata keçirilməsi sakinlərin gündəlik həyat şəraitinin yaxşılaşdırılmasına və qəsəbənin ümumi abadlıq səviyyəsinin yüksəldilməsinə xidmət edir.
Keçidlər