Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonu Qobustan qəsəbəsində təmir-bərpa işləri aparılmışdır

05 mart 2026 | 17:17

   05.03.2026-cı il tarixində Qaradağ rayonu Qobustan qəsəbəsi ərazisində infrastrukturun yaxşılaşdırılması və ərazidə yaranan su problemlərinin aradan qaldırılması məqsədilə bir sıra işlər həyata keçirilmişdir. Belə ki, dəmiryol xəttinin alt hissəsində yağış və qrunt sularının rahat şəkildə axıdılması və ərazidə su yığılmasının qarşısının alınması üçün xüsusi boruların çəkilməsi işi aparılmışdır. Bu işlər ərazidə nəqliyyatın və piyadaların hərəkətinin daha təhlükəsiz və rahat təmin olunmasına xidmət edir.

   Görülən işlər çərçivəsində eyni zamanda yol infrastrukturunun yenilənməsi məqsədilə asfalt örtüyünün vurulmasına hazırlıq işləri də davam etdirilir. Yol səthinin hamarlanması, əsas qatın hazırlanması və asfaltlama prosesinin keyfiyyətli həyata keçirilməsi üçün zəruri texniki tədbirlər görülmüşdür.

   Bundan əlavə, 1-ci Qobustan küçəsinə keçid hissəsində asfaltlama işləri icra olunmuş, yol örtüyü yenilənmiş və nəqliyyat vasitələrinin rahat hərəkəti üçün şərait yaradılmışdır. Aparılan asfaltlama işləri nəticəsində həmin ərazidə yolun keyfiyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdırılmış, həm sürücülər, həm də piyadalar üçün daha komfortlu və təhlükəsiz istifadə imkanı təmin olunmuşdur.

   Ümumilikdə həyata keçirilən bu tədbirlər Qobustan qəsəbəsinin yol və kommunikasiya infrastrukturunun inkişafına, ərazidə suyun yığılması kimi problemlərin aradan qaldırılmasına və sakinlərin gündəlik həyat şəraitinin daha da yaxşılaşdırılmasına xidmət edir.

Keçidlər