Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonu Qobustan qəsəbəsində asfalt örtüyü salınır

11 mart 2026 | 15:59

 

Qaradağ rayonunda genişmiqyaslı abadlıq və yenidənqurma tədbirləri çərçivəsində bütün qəsəbələrdə infrastrukturun mərhələli şəkildə yenilənməsi davam etdirilir. Bu istiqamətdə növbəlilik prinsipi əsasında görülən işlərin davamı olaraq, 11 mart 2026-cı il tarixində Qobustan qəsəbəsində 2-ci massivdə asfalt örtüyünün salınması həyata keçirilmişdir.

  Yerli sakinlərin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə aparılan bu işlər qəsəbənin ümumi abadlıq səviyyəsinin yüksəldilməsinə xidmət edir. Aparılan abadlıq işləri ümumi görünüşü yaxşılaşdırmaqla yanaşı, sakinlərin gündəlik istifadə rahatlığınıda əhəmiyyətli dərəcədə artırmışdır.

  Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən nəzarətdə saxlanılan layihələr çərçivəsində digər küçələrdə də mərhələli şəkildə yol infrastrukturunun yenilənməsi nəzərdə tutulur.

Keçidlər