Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonu Puta qəsəbəsində təmir-bərpa işləri aparılmışdır

16 iyun 2026 | 16:21

Qaradağ rayonunda yaşayış məntəqələrinin abadlaşdırılması, yol infrastrukturunun yaxşılaşdırılması və sakinlərin rahat gediş-gəlişinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

Bu istiqamətdə görülən işlər çərçivəsində Puta qəsəbəsinin 10-cu Puta küçəsində qrabil döşənməsi işləri həyata keçirilib. Görülən işlər nəticəsində küçənin hərəkət üçün yararlılığı artırılıb, nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, rahat və maneəsiz hərəkəti üçün əlverişli şərait yaradılıb.

Aparılan abadlıq işləri küçənin istismar vəziyyətinin yaxşılaşdırılmasına, xüsusilə yağıntılı hava şəraitində yaranan çətinliklərin aradan qaldırılmasına və sakinlərin gündəlik istifadə etdiyi yolun daha dayanıqlı olmasına xidmət edir.

Yaşayış məntəqələrində yol infrastrukturunun təkmilləşdirilməsi, küçə və məhəllələrin abadlaşdırılması istiqamətində tədbirlər mərhələli şəkildə davam etdirilir. Həyata keçirilən bu işlər sakinlərin rahatlığının təmin edilməsinə, yaşayış mühitinin daha da yaxşılaşdırılmasına və ərazilərin abad simasının formalaşdırılmasına mühüm töhfə verir.

 

Keçidlər