Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonu Puta qəsəbəsi ərazisində təmizlik işləri həyata keçirilmişdir.

24 mart 2026 | 12:17

    24 mart 2026-cı il tarixində Qaradağ rayonu Puta qəsəbəsi ərazisində  genişmiqyaslı təmizlik işləri həyata keçirilmişdir.

  Görülən işlər çərçivəsində küçə və prospektlərdə məişət tullantıları yığılaraq ərazidən daşınmış, yaşıllıq zolaqlarında qurumuş otlar təmizlənmiş, ağac və kolların budanması təmin edilmişdir.

   Eyni zamanda, ictimai istifadə sahələrində abadlıq işləri aparılmış, ətraf mühitin daha səliqəli və estetik görünüşə qovuşması istiqamətində zəruri tədbirlər görülmüşdür. Görülən təmizlik işləri qəsəbədə sanitar vəziyyətin yaxşılaşdırılmasına və sakinlərin rahatlığının təmin olunmasına xidmət edir.

  Qeyd olunan işlər mütəmadi xarakter daşıyır və rayon sakinlərindən xahiş olunur ki, məişət tullantılarını xüsusi ayrılmış yerlərə atsınlar, qəsəbələrdə təmizliyə riayət etsinlər.

  Qeyd edək ki, bu işlər davam etdiriləcəkdir.

Keçidlər