Qaradağ rayonu Müşviqabad qəsəbəsində təmizlik və abadlıq işləri həyata keçirilmişdir
3 aprel 2026-cı il tarixində Qaradağ rayonu Müşviqabad qəsəbəsində genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilmişdir. Görülən tədbirlər çərçivəsində qəsəbə ərazisində küçə və ictimai sahələrdə məişət tullantıları yığılaraq daşınmış, ətraf mühitin sanitar vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl işlər görülmüşdür.
Eyni zamanda yaşıllıq sahələrinə xüsusi diqqət yetirilmiş, ağac və kolların dibləri yumşaldılmış, suvarma təmin edilmiş və mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilmişdir.
Həyata keçirilən bu tədbirlər qəsəbədə ekoloji mühitin sağlamlaşdırılmasına, sakinlər üçün daha təmiz və səliqəli yaşayış şəraitinin yaradılmasına xidmət edir.
Görülən işlər nəticəsində sakinlər üçün daha təmiz, rahat və sağlam yaşayış mühiti yaradılmışdır.
Qeyd edək ki, bu cür təmizlik və abadlıq tədbirlərinin mütəmadi olaraq davam etdirilməsi nəzərdə tutulur və sakinlər də ətraf mühitin qorunmasına həssas yanaşmağa dəvət olunur.






