Qaradağ rayonu Müşviqabad qəsəbəsində təmir-bərpa işləri aparılmışdır.
14 fevral 2026 | 13:13
14 fevral 2026-cı il tarixdə Qaradağ rayonu Müşviqabad qəsəbəsində təmir-bərpa işləri aparılmışdır.
Qəsəbədə küçələrin yol örtüyü təmir edilmiş, sakinlərin gediş-gəlişi asanlaşdırılmışdır. Eyni zamanda binaların ümumi istifadə sahəsi olan bloklarında təmir işləri aparılmış, sanitariya və texniki vəziyyəti yaxşılaşdırılmışdır.
Aparılan abadlıq işləri ümumi görünüşü yaxşılaşdırmaqla yanaşı, sakinlərin gündəlik istifadə rahatlığınıda əhəmiyyətli dərəcədə artırmışdır.
Qeyd edək ki, bu işlər rayonun digər yaşayış məntəqələrində də davam etdirilir.






