Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonu Lökbatan qəsəbəsində təmizlik işləri aparılmışdır.

12 yanvar 2026 | 11:14

   Lökbatan qəsəbəsi ərazisində əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması və sanitariya-gigiyena vəziyyətinin daha da sağlamlaşdırılması məqsədilə genişmiqyaslı təmizlik işləri aparılmışdı.

   Görülən tədbirlər çərçivəsində qəsəbənin əsas və daxili küçələri, məhəllə araları, yaşıllıq sahələri və ictimai istifadə olunan ərazilər məişət tullantılarından təmizlənmişdir.

   Təmizlik işləri zamanı yol kənarları və səkilər yuyulmuş, toplanmış tullantılar xüsusi texnika vasitəsilə ərazidən kənarlaşdırılmış, abadlıq və səliqə-sahman işləri həyata keçirilmişdir.

   Eyni zamanda, ətraf mühitin qorunması və ekoloji tarazlığın saxlanılması istiqamətində müvafiq tədbirlər görülmüşdür.

   Qeyd olunan işlər mütəmadi xarakter daşıyır və rayon sakinlərindən xahiş olunur ki, məişət tullantılarını xüsusi ayrılmış yerlərə atsınlar, qəsəbələrdə təmizliyə riayət etsinlər.

   Qeyd edək ki, bu işlər davam etdiriləcəkdir.

Keçidlər