Puta qəsəbəsində asfalt örtüyü salınır
29 noyabr 2025 | 15:39
Qaradağ rayonunda genişmiqyaslı abadlıq və yenidənqurma tədbirləri çərçivəsində bütün qəsəbələrdə infrastrukturun mərhələli şəkildə yenilənməsi davam etdirilir. Bu istiqamətdə növbəlilik prinsipi əsasında görülən işlərin davamı olaraq, 28-29 noyabr 2025-ci il tarixində Puta qəsəbəsində asfalt örtüyünün salınması həyata keçirilmişdir.
Yerli sakinlərin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə aparılan bu işlər qəsəbənin ümumi abadlıq səviyyəsinin yüksəldilməsinə xidmət edir. Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən nəzarətdə saxlanılan layihələr çərçivəsində digər küçələrdə də mərhələli şəkildə yol infrastrukturunun yenilənməsi nəzərdə tutulur.






