Şriftin ölçüsü :

Saytın rəngi :

Lökbatan–Güzdək yolunun 2,2-ci kilometrliyində bərpa işlərinə başlanılıb

08 iyun 2026 | 12:25

Bakı şəhəri, Lökbatan–Güzdək avtomobil yolunun 2,2-ci kilometrliyində yol infrastrukturunun bərpası istiqamətində işlərə başlanılıb.

Ərazidə nəqliyyatın fasiləsiz və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə ilk mərhələdə müvəqqəti alternativ yolun salınması həyata keçirilir. Bu tədbir tikinti müddətində vətəndaşların rahat gediş-gəlişini təmin etməyə xidmət edir.

Bərpa işlərinin növbəti mərhələsində sel sularının təsiri nəticəsində qəzalı vəziyyətə düşmüş suötürücü qurğu söküləcək. Bununla yanaşı, ərazidə müasir standartlara cavab verən yeni körpünün layihələndirilməsi istiqamətində paralel şəkildə müvafiq işlər aparılacaq.

Qeyd edək ki, tikinti-bərpa tədbirləri Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına uyğun olaraq həyata keçirilir. Görülən işlər nəticəsində yol infrastrukturunun etibarlılığı artırılacaq, nəqliyyatın təhlükəsiz və fasiləsiz hərəkəti təmin ediləcək, həmçinin gələcəkdə analoji təbii hadisələrin yarada biləcəyi risklərin qarşısının alınması üçün zəruri mühəndis həlləri tətbiq olunacaq.

Keçidlər